Çinin şimal-şərqindəki Shenyang şəhərində polis əməkdaşları bıçaqlarla silahlanmış və etnik uyğur olduğu deyilən üç şübhəli şəxsi güllələyiblər. Çinin şimal-şərqindəki Shenyang şəhərində polis əməkdaşları bıçaqlarla silahlanmış və etnik uyğur olduğu deyilən üç şübhəli şəxsi güllələyiblər.

Çində 3 uyğur güllələndi

Çinin şimal-şərqindəki Shenyang şəhərində polis əməkdaşları bıçaqlarla silahlanmış və etnik uyğur olduğu deyilən üç şübhəli şəxsi güllələyiblər.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Polisin yaydığı məlumata əsasən, atışma 3 kişi və bir qadın uyğur müsəlmanların qaldığı kirayələnən evə polis reydi keçirilən zaman baş verib.

Uyğurlar ölkənin qərbində yerləşən Sincan regionundan gəliblərmiş.

Pekin uyğur separatçıılarını Sincan və ölkənin digər bölgələrində terrorçuluq törətməkdə ittiham edir.

Uyğurlar isə bildirirlər ki, iğtişaşların yaranmasının əsas səbəbi Çin polisinin repressiv hərəkətləridir.