- Köhnə - Dünya
- 21 İyul 2015 21:47
- 2 750
İki gün ərzində 35 nəfər qətlə yetirildi

Bu şəhərdə hər gün 2-3 nəfər öldürülür.
Braziliya polisi 18-19 iyul tarixlərində Manaus şəhərində 35 nəfərin qətlə yetirilməsini araşdırır.
AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, ilk olaraq yerli bankın yaxınlığında polis əməkdaşı öldürülüb. Hüquq-mühafizə orqanları hesab edirlər ki, hadisə yerli mafiyaların öz aralarında apardığı müharibələrin nəticəsidir.
Manaus — Amazon ştatının paytaxtıdır. Bu şəhərdə 2014-cü ildə futbol üzrə dünya çempionatının oyunları keçirilib. 2 milyon əhalisi olan Manausda, orta hesabla, gündə 2-3 nəfər öldürülür.