- Köhnə - Dünya
- 3 Avqust 2015 14:48
- 4 350
Suriya təyyarəsi Türkiyədə qəzaya uğradı: 35 ölü, 120 yaralı - Son dəqiqə

Əsəd qüvvələrinə aid döyüş təyyarəsi Türkiyə sərhədi yaxınlığındakı Ariha qəsəbəsində qəzaya uğrayıb.
AzNews.az xəbər verir ki, Ariha mülki müdafiə nümayəndəsinin verdiyi məlumata görə, təyyarə bazar olan əraziyə düşüb. Hadisə nəticəsində 35 nəfər ölüb, 120 nəfər isə yaralanıb.
Məlumata görə, təyyarənin düşdüyü yerdə 6 bina yerlə yeksan olub. Hazırda hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələrinin gəldiyi deyilir. Xilasedicilər dağıntılar altında qalanları xilas etməyə çalışırlar.
İlkin məlumata görə, hadisənin başvermə səbəbi məlum deyil.
Gülər
AzNews.az