- Köhnə - Dünya
- 27 Avqust 2015 20:55
- 5 832
Yunanıstanda qadın baş nazir oldu - İlk dəfə
Yunanıstan tarixində ilk dəfə xanım baş nazir oldu. Ölkənin Ali Məhkəməsinin sədri Vasilika Tanu Xristofilu Yunanıstanın keçid hökumətinin baş naziri oldu.
AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə RİA Novosti yunan Anampa agentliyinə istinadən xəbər verir.
Yunanıstan prezidenti Prokopis Pavlopulos ölkənin Ali Məhkəməsinin sədri Vasilika Tanu Xristofilunun rəhbərliyi ilə keçid hökumətinin yaradıldığını elan edib.
V.T.Xristofilu baş nazir postunu ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə qədər tutacaq.