Nazir müavini qaçırıldı

İraqda ədliyyə nazirinin müavini Əbdülkərim Faris yoxa çıxıb.


AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Faris paytaxt Bağdadın şimalında maskalı şəxslər tərəfindən qaçırılıb.

Nazirliyin rəsmi açıqlamasına görə, daha iki mühafizəçi də oğurlanıb.

Qeyd edək ki, Bağdadda ötən həftə də 18 türk işçi silahlı şəxslər tərəfindən qaçırılmışdı.