Xamneyidən ABŞ-a tənqid - “İran xalqı bu böyük şeytanı ölkəmizdən qovub”

“Böyük İran xalqı bu böyük şeytanı ölkəmizdən qovub


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, bu bəyanatı İranın ali dini lideri Ayətulla Əli Xamneyi Tehranda çıxışı zamanı səsləndirib.

Xamneyinin bu şərhləri amerikalı konqresmenlərin 5+1 qrupu ilə İran arasında bağlanmış nüvə sazişini dəstəkləməsi fonunda gəlib. Habelə, İran dini liderinin sözlərinə görə, hökümətə başqa sahələrlə bağlı Vaşinqtonla müzakirələr aparmağa icazə verilməyib.

"Böyük İran xalqı bu böyük şeytanı ölkəmizdən qovub. Onun geri qayıtmasına imkan verməməliyik. Onu qapıdan qovmuşuqsa, pəncərədən daxil olmasına qoymamalıyıq", -deyə Xamneyi bildirib.

Vyanada bağlanmış nüvə sazişinə görə, İran beynəlxalq müşahidəçilərin nüvə obyektlərində təftişlər aparmasına icazə verməyi öhdəsinə götürüb, əvəzində ABŞ və Avropa Birliyi İrana qarşı iqtisadi sanksiyaları ləğv etməyə söz verib.

Çıxışında Xamneyi növbəti dəfə İsraili tənqid atəşinə tutub, O, İsrail höküməti Fələstini işğal etmiş sionistlər kimi qələmə verib.