Macarıstan höküməti miqrant axınının qarşısını almaq üçün iki sərhədyanı rayonunda fövqəladə vəziyyət elan edib. Macarıstan höküməti miqrant axınının qarşısını almaq üçün iki sərhədyanı rayonunda fövqəladə vəziyyət elan edib.

Macarıstanda fövqəladə vəziyyət elan olundu

Macarıstan höküməti miqrant axınının qarşısını almaq üçün iki sərhədyanı rayonunda fövqəladə vəziyyət elan edib.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, bu ölkədə immiqrasiya qaydaları ilə bağlı sərt qanunların qüvvəyə minməsi fonunda baş verib. Yerli polisin verdiyi məlumata görə, Serbiya ilə sərhəddə tikanlı məftilləri keçməyə çalışan 60-a yaxın qaçqın həbs olunub.



Miqrantlar Macarıstan sərhədində

Fövqəladə vəziyyət rejimində macar polislərə əlavə səlahiyyətlər verilir və parlamentin təsdiqləyəcəyi təqdirdə sərhədə əlavə qoşunların yeridilməsinə icazə verilir. Avropa Birliyi misli görülməmiş miqrant axını ilə üzləşib, münaqişələrin və yoxsulluğun baş aldığı ölkələrdən qaçan miqrantlar Avropa Birliyinin güclü iqtisadiyyatı və sosial proqramları olan ölkələrdə sığınacaq əldə etməyə çalışır.

Bu arada Almaniya və Avstriya rəhbərliyi eynilə qaçqın kütləsinin məskunlaşma problemini həll etmək məqsədilə Avropa Birliyi liderlərini gələn həftə fövqəladə sammit keçirməyə çağırıb. Almaniya kansleri Angela Merkel miqrant böhranı ilə bağlı danışıqlara Türkiyənin daxil edilməsini vacib sayır. Berlində avstriyalı həmkarı Verner Faymanla keçirdiyi birgə mətbuat konfransında Merkel vurğulayıb ki, Almaniya, Avstriya və Macarıstan bütün problemləri təkbaşına həll edə bilməz, bu məsələni Avropa Birliyi yalnız yekdil şəkildə çözməlidir.

"Siz deyirsiz ki, qaçqınlar Almaniyaya gəlmək istəyir. Avropa Birliyi daxilində onlar hansı ölkədə yaşamaq istədiklərini seçə bilməzlər. Bu barədə Dublin razılaşmaları mövcuddur və hər şeyi həmin sənədlər müəyyənləşdirir. Bütün Avropa Birliyi üzv dövlətləri qaçqın hüquqları ilə bağlı Konvensiyanı imzalayıb. Ona görə də biz, qaçqınların bütün birlik ölkələri arasında paylaşdırılması üçün kvota sisteminin tətbiq olunmasını təklif edirik",- deyə Angela Merkel vurğulayıb.


Angela Merkel - Almaniya kansleri

Almaniya bir neçə gün əvvəl Avrokomissiyanı ölkə sərhədində müvəqqətin yoxlamaların aparılması ilə bağlı məlumatlandırıb. Avstriya daxili işlər nazirliyi də bu gündən qaçqın böhranı ilə əlaqədar sərhədə nəzarəti gücləndirməyi planlaşdırır.

Qeyd edək ki, miqrantlarla bağlı Avropa Birliyinin fövqəladə iclası sentyabrın 24-də keçiriləcək.