- Köhnə - Dünya
- 19 Sentyabr 2015 20:19
- 3 955
Yaponiyalı turist “selfi“ çəkdirərkən öldü

Yaponiyalı turist Hindistanda Tac-Mahal mavzoleyində "selfi" çəkmək istəyərkən ölüb.
AzNews.az xəbər verir ki, Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, turist mavzoleyin pilləkənlərində sürüşüb və yıxılıb.
O, başından ciddi zədə alıb və xəstəxanada ölüb. Yaponiyalının yanında olan daha 3 turistdən biri isə yıxılarkən ayağı sınıb.