Məkkədə min beş yüz zəvvar mehmanxanda baş verən yanğına görə təxliyə olunub. Məkkədə min beş yüz zəvvar mehmanxanda baş verən yanğına görə təxliyə olunub.

​Məkkədə daha bir həyəcan - 1500 zəvvar təxliyə olundu

Məkkədə min beş yüz zəvvar mehmanxanda baş verən yanğına görə təxliyə olunub.

"Report" xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı Mülki Müdafiə Qüvvələri Məkkədəki 15 mərtəbəli mehmanxananın 11-ci mərtəbəsində baş verən yanğlını söndürüb.

İlkin xəbərə əsasən, yanğın binanın elektrik naqillərində meydana çıxan problem səbəbindən baş verib. Məlumatda bildirilib ki, zəvvarların həyatı üçün heç bir təhlükə yoxdur və onlar qaldıqları mehmanxanaya qayıdıblar.