"Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin devrilməsində ABŞ-ın birbaşa rolu var”. "Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin devrilməsində ABŞ-ın birbaşa rolu var”.

Putin: “ABŞ-ın Yanukoviçin devrilməsində birbaşa rolu var“

"Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin devrilməsində ABŞ-ın birbaşa rolu var”.


APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin CBS və PBS telekanallarına müsahibəsində bildirib.

"Birləşmiş Ştatlardakı tərəfdaşlarımız prezident Yanukoviçə qarşı çıxan qüvvələri dəstəklədiklərini gizlətmirlər", - deyə o vurğulayıb.

Rusiya prezidenti, həmçinin, Yanukoviçin hakimiyyətdən getməsi üçün kimlərin, harada və nə vaxt görüşməsi, onlara necə dəstək verilməsi, nə qədər məbləğ ödənilməsi kimi məlumatlara malik olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, V. Putin BMT Baş Assambleyasının 70-ci sessiyasında iştirak etmək üçün Nyu Yorkda səfərdədir. Onun ümumi siyasi müzakirələr çərçivəsində 28 sentyabrda çıxış edəcəyi gözlənilir.