Qəddafinin son qalası da çökdü

Liviyanın qətlə yetirilmiş lideri Müəmmər Qəddafinin son qalalarından biri sayılan Ben-Valid şəhəri bu gün hökumətyönümlü qüvvələrin nəzarəti altına keçib.

İTAR-TASS-ın verdiyi məlumata görə, keçən həftənin ortalarından başlayan qanlı döyüşlər zamanı 100 min insanın yaşadığı şəhər "Qrad" qurğularından atəşə tutulub.

Lent.az xəbər verir ki, Ben-Valid şəhərinin mərkəzi meydanına Misrata briqadası adlanan keçmiş qiyamçı döyüşçülər toplaşıb. Onlar havaya atəş açaraq, şəhər müdafiəçiləri üzərində qələbəni qeyd edirlər. Qeyd edək ki, bu şəhər Müəmmər Qəddafiyə sadiq Varfalla tayfasının mərkəzi sayılır. Bu tayfa Liviyanın yeni hakimiyyətini qəbul etmir.

AzNews.az