Bu gün Türkiyədə də parlament seçkisi keçirilir. Bu gün Türkiyədə də parlament seçkisi keçirilir.

Türkiyədə də seçki günüdür – 54 milyon nəfər səs verəcək

Bu gün Türkiyədə də parlament seçkisi keçirilir.


AzNews.az xəbər verir ki, təkrar keçirilən parlament seçkisinə Türkiyə vaxtı ilə səhər saat 08:00-da başlayıb. Səsvermə 17:00-da sona çatacaq.
Bu dəfəki növbədən kənar seçkidə ölkə daxilində 54 milyon, ölkə xaricində isə 3 milyon ğseçici səs verəcək. Ali Seçki Şurası ölkənin Şərq və Cənubi-Şərq bölgələrindəki bəzi vilayətlərdə səsvermənin saat 16:00-da başa çatmasını qərarlaşdırıb.

Seçkinin ilkin nəticələri Türkiyə vaxtı ilə saat 20.00-da elan ediləcək.

26-cı çağırış Böyük Millət Məclisinə seçkilərdə 16 partiya iştirak edir. Seçkidə iştirak edən siyasi partiyalar bunlardır:

Ədalət və İnkişaf Partiyası (AKP),
Müstəqil Türkiyə Partiyası, Böyük Birlik Partiyası,
Cümhuriyyət Xalq Partiyası (CHP),
Demokrat Partiyası, Demokratik Sol Partiya,
Xalqların Demokratik Partiyası (HDP),
Kommunist Partiyası,
Millət Partiyası,
Milliyyətçi Hərəkət Partiyası (MHP),
Səadət Partiyası,
Vətən Partiyası və Xalqın Qurtuluş Partiyası,
Haqq və Özgürlüklər Partiyası,
Doğru Yol Partiyası,
Liberal Demokrat Partiyası.

Seçkidə əsas mübarizə 4 siyasi partiya arasında gedir. Bunlar: hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyətçi Hərəkat Partiyası, Xalqların Demokratik Partiyasıdır.

Qeyd edək ki, bu il 7 iyun tarixində Türkiyədə parlament seçkiləri keçirilib. Hakim AKP kifayət qədər səs toplaya bilməyib. AKP-nin 258 deputatı mandat qazanıb, halbuki təkbaşına iqtidar olmaq üçün 276 millət vəkili yeri əldə etməliydi. Həmin seçkinin nəticəsinə görə, Türkiyədə ya koalisiya hökuməti qurulmalıydı. Lakin AKP bunu da bacara bilmədiyindən təkrar seçki qərarı verilib.