- Köhnə - Dünya
- 27 Oktyabr 2012 07:27
- 2 682
ABŞ-da təhlükə
AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, meteoroloqlar qasırğanın istiqaməti və gücü barədə dəqiq məlumat verə bilməsələr də, onun dağıdıcı olacağını, Nyu-York və Nyu-Cersi ştatlarını əhatə edəcəyini bildirirlər.
ABŞ Fövqəladə Hallar Xidməti isə adı keçən ştatlarda və Vaşinqtonda təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb. Nyu-York meri hətta sakinlərə qasırğa ilə bağlı xəbərdarlıq da edib. O bildirib ki, küləyin sürəti saatda 100 kilometri keçərsə, ictimai nəqliyyatın fəaliyyətini dayandıracaqlar. Eyni zamanda, əhaliyə bildirilib ki, onlar hər an yaşadıqları yerlərdən evakuasiya edilə bilərlər.
Sadiq Musa
AzNews.az