- Köhnə - Dünya
- 29 Oktyabr 2012 08:16
- 3 867
Nyu-York iflic vəziyyətdə-FƏLAKƏT

Şəhərin xüsusi təhlükəli rayonlarında nəqliyyatın fəaliyyəti iflic vəziyyətinə düşüb, şəhərə su verilməsi dayandırılıb, məktəb və idarələrin fəaliyyəti dondurulub . Nyu-York fond birjalarının da fəaliyyəti qismən dayandırılıb. Amerika aviaşirkətləri 8000 uçuşu təxirə salmalı olublar.
Qasırğanın bu gün axşam saatlarında Nyu-York üzərindən keçərək, Pensilvani ştatına doğru hərəkət edəcəyi gözlənilir. Qeyd edək ki, eyni vəziyyət 2011-ci il "İren" qasırğası zamanı da yaşanıb.
Ülviyyə Tahirqızı
AzNews.az