G 20 sammitində liderlər selfie çəkdirdi - Fotolar

Dünya liderlərini Türkiyəyə toplayan G 20 (“böyük iyirmilik”) əyləncəli görüntülərə səhnə olub.


AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya lideri Vladimir Putin və Kanadanın baş naziri Justin Trudeau ilə çəkilən selfielər sosial şəbəkələrdə gündəmi zəbt edib.

Putini Antalya hava limanında iqtisadiyyat naziri Nihat Zeybekci, Antalya valisi Muammer Türker ilə Böyükşəhər bələdiyyə başçısı Menderes Türeli qarşılayıb.

Rusiya prezidenti avtomobilinə gedərkən mühafizlərin qarşısında bir nəfərin selfie çəkməsi kameralarda əks olunub.
G-20 Liderlər sammitində ən çox diqqət cəlb edən lider Kanadanın baş naziri olub.

Trudeau yığıncaqlar zamanı xeyli selfie çəkdirib.