- Köhnə - Dünya
- 21 Noyabr 2015 21:19
- 5 132
Almaniyada partlayış - Ölənlər var

Almaniyanın cənubundakı Karlsrue şəhərində mənzillərin birində baş vermiş partlayış nəticəsində ikisi uşaq olmaqla azı 4 nəfər ölüb.
AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Welt" nəşri məlumat yayıb.
Məlumata görə, insident binanın üçüncü mərtəbəsindəki mənzildə baş verib. Partlayış nəticəsində digər sakinlər xəsarət almayıb.
Hadisənin səbəbləri hələlik məlum deyil.