Gözlər Parisə: Ərdoğan-Putin qarşılaşması nəylə nəticələnəcək?

Bu gün bütün dünyanın diqqəti Parisdə keçiriləcək “İqlim Zirvəsi”ndədir.


AzNews.az xəbər verir ki, Zirvəyə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin də qatılacaq. Putin gözlənildiyi kimi mübət rəftar etməzsə Ərdoğanın da bənzər cavab verməsi gözlənilir. Putin hər nə qədər Ərdoğanın zirvə əsnasında görüşmə təklifini qəbul etməsə də, Parisdə iki ölkə heyətləri arasında bəzi danışıqların ola biləcəyi mümkündür. Belə olan halda iki tərəf üçün də müsbət dəyişikliklər ola bilər. Gözlənildiyi kimi görüş olmadığı təqdirdə isə Türkiyə Rusiyanın sanksiyalarına qarşılıqlı cavab verəcək. Hətta bununla bağlı lazımi qurumlar hazırlıq səviyyəsinə gətirilib.

Bundan əlavə, Rusiya təyyarəsinin vurulmasından sonra iki ölkə arasındakı gərginlik nəticəsində Rusiyanın qəbul etdiyi 6 maddəlik iqtisadi sanksiyalara Türkiyənin nə cavab verəcəyi isə hələ müəyyənləşməyib. Amma Türkiyə tərəfinin sanksiyalara cavab planının hazır olduğu bildirilir. Həmin cavabın bu gün Parisdə keçiriləcək İqlim sammitindən sonra həyata keçiriləcəyi vurğulanır.

Sevinc YASİNQIZI