Hillari Klinton: “ABŞ Suriyanın gələcək hökumətinin tərkibini müəyyənləşdirib”

ABŞ Suriyanın gələcək hökumətinə daxil olmalı olan şəxslərin siyahısını müəyyənləşdirib. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton məlumat verib.

Sözügedən siyahı gələn həftə Qətərdə keçiriləcək görüşdə təqdim olunacaq. Həmin görüşdə Suriya Milli şurası iştirak edəcək. Suriya Milli şurası artıq keçid hökumətini formalaşdırmaq niyyətində olduğunu bəyan edib.

"Biz, fikrimizcə, gələcək rəhbər struktura daxil olmalı olan insanları və təşkilatları tövsiyə etmişik. Biz aydın şəkildə bildirmişik ki, Suriya Milli şurası artıq müxalifətin aşkar lideri sayıla bilməz.

Onlar daha geniş müxalifətin bir hissəsi ola bilərlər, lakin bu müxalifətə həm Suriyadan olan şəxslər, həm də səslərinin eşidilməsi üçün qanuni haqları olan insanlar daxil olmalıdırlar", deyə dövlət katibi bildirib.

AzNews.az