Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətlərin bərpa olunması şərtlərini açıqlayıb. Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətlərin bərpa olunması şərtlərini açıqlayıb.

Səudiyyə İrana şərt qoydu

Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətlərin bərpa olunması şərtlərini açıqlayıb.


Məlumata görə, Səudiyyə Ərəbistanının BMT yanında daimi nümayəndəsi Abdulla əl-Müəllimi hesab edir münasibətlər yalnız İranın krallığın və həmçinin ölkələrin daxili işlərini qarışmayacağı təqdirdə normallaşa biləcəyini söyləyib.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib. Nazir bildirib ki, iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Nimr ən-Nimr 2012-ci il, iyulun 8-də ölkədə qarşıdurmaların yaradılması və qanunsuz etiraz aksiyalarının keçirilməsində ittiham edilərək həbs olunub. Məhkəmə onun edam edilməsi barədə qərarı 2014-cü ilin oktyabr ayında verib. İran - Səudiyyə Ərəbistanının regiondakı əsas rəqibi - qərara dərhal sərt reaksiya vermişdi.

Yəmən və Suriyada gərginlik yarandığı gündən bir-birinə qarşı olan Səudiyyə Ərəbistanı və İran arasında yaşanan son diplomatik böhranın Yaxın Şərq regionunda məzhəblərarası gərginliyi daha da dərinləşdirəcəyindən ehtiyat edilir.

Anspress.com