İŞİD-dən Səudiyyə hökümətinə təhdid – Tirançılığı məhv edəcəyik

İŞİD Səudiyyə Ərəbistanını təhdid edib.


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD 43-ü "Əl Qaidə" terror təşkilatının üzvü olmaqla 47 nəfəri edam edən Səudiyyə Ərəbistanını hədələyib. Təşkilat "Əl Qaidə" üzvlərinin də olduğu Səudiyyədə yerləşən həbsxanalara hücum edə biləcəklərini açıqlayıb. Xüsusilə də, "Əl-Qaidə" və İŞİD üzvlərinin olduğu Əl Hair və Tarfiya həbsxanalarına hücum ediləcəyi bildirilib: "Hər zaman məhkumları sərbəst buraxmağa çalışırıq. Amma bu problemin həlli tiran idarəçiliyi ortadan qaldırılmadan, həbsxanalar yıxılıb yerlə bir edilmədən mümkün deyil".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də şiə din adamı Nimr əl Nimr daxil olmaqla 47 nəfəri edam edib. Bu hadisədən sonra İrandakı Səudiyyə Ərəbistanı səfirliyinə hücum edilib. Daha sonra Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveyt İranla diplomatik əlaqələri kəsib.

Sevinc YASİNQIZI