- Köhnə - Dünya
- 7 Yanvar 2016 09:11
- 3 817
Yuan dollara qarşı yenə ucuzlaşdı

Çin növbəti dəfə yuana kəskin aşağı düşməyə imkan verib.
Reuters agentliyinin verdiyi məlumata görə, Çinin Xalq Bankı yuanın ABŞ dollarına nisbətdə kursunu 0,51% aşağı salıb.
Bununla da 1 dolların kursu 6, 5646 yuan təşkil edib. Qeyd edək ki, bu 2011-ci ilin aprelindən bəri ən aşağı göstəricidir.
APA.az