- Köhnə - Dünya
- 12 Yanvar 2016 19:44
- 3 961
2 jurnalist güllələndi - İraqda

İraqın Diyala əyalətində yerli “Əş-Şarkiyə” telekanalının 2 jurnalisti öldürülüb.
AzNews.az Modern.az-a istinadən xəbər verir ki, onlar Bakuba şəhəri yaxınlığında İŞİD üzvləri tərəfindən öldürülüb.
"Silahlı şəxslər müxbir Saif Təlili və operator Həsən ən-Anbakini öldürüblər"-deyə "Əş-Şarkiyə" telekanalı məlumat yayıb.
Xatırladaq ki, dünən İŞİD qruplaşmasının Əl-Mikadiyə şəhərində partlayış törətməsi nəticəsində 20 nəfər, Bağdaddakı ticarət mərkəzinə hücumu zaman isə 18 nəfər həlak olmuşdu.