Makedoniyanın Baş naziri Nikola Qruyevski parlament spikerinə istefa ərizəsini təqdim edib. Makedoniyanın Baş naziri Nikola Qruyevski parlament spikerinə istefa ərizəsini təqdim edib.

Bu ölkənin Baş naziri istefa verdi

Makedoniyanın Baş naziri Nikola Qruyevski parlament spikerinə istefa ərizəsini təqdim edib.


AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat verib.

Bu yolla Qruyeski partiyalararası sazişin məcburi bəndini yerinə yetirib. Müvafiq saziş 2015-ci il iyulun 15-də daxili siyasi böhrandan çıxmaq üçün imzalanıb. Sazişə uyğun olaraq, Baş nazirin istefasından sonra hakim Makedoniya Daxili İnqilab Təşkilatı – Makedoniya Demokratik Milli Birlik Partiyası (MDİT – MDMBP) təklifi ilə texniki hökumətin başçısı təyin olunacaq. Müvəqqəti kabinetin əsas vəzifəsi 2016-cı il aprelin 24-də keçirilməsi nəzərdə tutulan erkən parlament seçkilərinə hazırlıq olacaq.

Qeyd edək ki, Nikola Qruyevski 2006-cı ildən Makedoniyanın Nazirlər Kabinetinə rəhbərlik edib.

Aydan AXUNDOVA