Məşhur fransız yazıçısı Mişel Turnye 92 yaşında vəfat edib. Məşhur fransız yazıçısı Mişel Turnye 92 yaşında vəfat edib.

Məşhur fransız yazıçısı vəfat etdi

Məşhur fransız yazıçısı Mişel Turnye 92 yaşında vəfat edib.


Məlumata görə, bu barədə "Le Monde" qəzeti xəbər verib.

Fransız ədəbiyyatının klassiki sayılan M.Turnye Şuazel şəhərində dünyasını dəyişib.

Mişel Turnye 1924-cü ildə Parisdə dünyaya gəlib. O, "Radio France" və "Europe 1"-də uzun müddət jurnalist işləyib. Eyni zamanda, alman dilindən bədii tərcümələr edib.

M.Turnyenin ilk romanı 1967-ci ildə işıq üzü görüb. Onun 1970-ci ildə nəşr etdiyi məşhur "Meşə hökmdarı" əsəri isə Qonkur mükafatına layiq görülüb.

APA.az