Avstriyada bu il prezident seçkiləri keçiriləcək. Avstriyada bu il prezident seçkiləri keçiriləcək.

Apreldə prezident seçkiləri olacaq – Namizədlər arasında 70 yaşlı qadın da var

Avstriyada bu il prezident seçkiləri keçiriləcək.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, seçkilərin keçirilməsi 2016-cı il aprelin 24-ə təyin edilib. Seçkilərin tarixini Avstriya Nazirlər Şurası təsdiqləyib. Şuranın qərarına görə, seçkilərin ikinci mərhələsinin keçirilməsinə zərurət yaranarsa, bu, bir ay sonra – mayın 22-də keçiriləcək.

Qeyd edək ki, hazırda ölkənin prezidenti 77 yaşlı Haynts Fişerdir. O, 2004-cü ilin iyulundan bu vəzifəni icra edir.

Prezident seçkilərində yeganə qadın namizəd Ali məhkəmənin sədri, 70 yaşlı İrmqard Qrissdir.

Aydan AXUNDOVA