“Putin iki şeydən qorxur” – Yuşenko Qarabağdan danışdı

“Rusiya prezidenti Vladimir Putin və onun rejimi iki şeydən qorxur”.


AzNews.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko canlı yayımda çıxışı zamanı deyib. O, Putinin qorxduğunu iddia etdiyi amilləri də sadalayıb: "Putin və onun rejimi iki şeydən qorxur. Bunlar cəmiyyətin reaksiyasıdır ki, bu da Putinin rejimini məhv edir. Onun qorxduğu ikinci şey isə beynəlxalq ictimaiyyətin reaksiyasıdır".

Yuşenko daha sonra əlavə edib: "Ölkə lideri nüvə terrorizmində (söhbət Rusiya FTX-nin keçmiş əməkdaşı Aleksandr Litvinenkonun öldürülməsindən gedir) ittiham olunanda, hesab edirəm ki, bu cinayətə dair Ukrayna kontekstinə də sahib olmaq vacibdir. Çünki, ölkəmizin şərqində baş verənlər zamanı 10 min oğlumuzu itirmişik və bu, terrorizmdir. Osetiya və Abxaziyada baş verənlər terrordur. Dnestryanıda baş verənlər və ya Dağlıq Qarabağda baş vermiş hadisələr terrordur".

Aydan AXUNDOVA