Svan qüllələrini görmək üçün hər il Gürcüstana minlərlə turist gedir. Svan qüllələrini görmək üçün hər il Gürcüstana minlərlə turist gedir.

Svanetiya: tarixi qan davalarına şahid qüllələr - Foto reportaj

Svan qüllələrini görmək üçün hər il Gürcüstana minlərlə turist gedir.

Əvvəlki yazıya buradan baxa bilərsiniz…

Yolumuz uzun, amma əyləncəli oldu. Bizi enişli-yoxuşlu dağ yolları, qara bürünmüş şam ağacları, bir-birindən gur çaylar və şəlalələr müşayiət etdi. Nəhayət, gəlib Gürcüstanın şimal-qərbində yerləşən ucqar vilayətə - Mestiaya çatdıq. Bura gürcüdilli etnik svan xalqlarının məskunlaşdığı Svanetiya bölgəsi ilə məşhurdur.

Svanetiya və ya Svaneti Gürcüstanın tarixi vilayətidir. Əhalisinin böyük hissəsi svan xalqından ibarətdir. Svanların özlərinə məxsus mədəniyyəti və danışıq tərzləri var. Svanlar bu gün də bir neçə min illik mədəniyyətlərini qorumağa davam edirlər. Hər tərəfdən görünən və ümumi mənzərəni daha da canlandıran Svan qüllələri buranın tarixiliyini və zəngin mədəniyyətə sahib olduğunu göstərir.

Qüllələr XIII yüzilliyə məxsusdur. Deyilənə görə, bu qalalar döyüş zamanı müdafiə və soyğunçulardan qorunmaq məqsədilə tikilib. 25 metr hündürlüyü, 4 və 7 mərtəbəli olan bu qüllələr daşdan inşa edilib. Onun yuxarı hissəsi əsas gövdədən bir az enlidir. Yerli sakinlərin dediyinə görə, vaxtilə bu bölgədə qan davası çox yayılıb. Və insanlar öz davalarından qorunmaq üçün bu qüllələrə sığınıb. Savaş bitdikdən sonra insanlar qüllələri tərk edib. Sonralar bu qüllələr tövlə və heyvanlara yem saxlamaq üçün anbar kimi istifadə edilib. Bəziləri isə hələ də öz tarixi əhəmiyyətini saxlamaq şərtilə boş saxlanılır.

Öyrəndik ki, bu daş nəhənglərin bir çoxunu indiyə qədər də mənsub olduqları ailə klanları idarə edir. Qüllələr ailənin qüruru hesab edilir. Bir sözlə, çoxəsirlik tarixlərini, fərqli mətbəxlərini, məşhur daş Svan qüllələrini bugünədək qoruyub-saxlamaqla svanlar əslində öz tarixlərinə nə qədər bağlı olduqlarını göstərirlər. Elə buna görədir ki, hər il minlərlə turist məhz bu qüllələri görmək, buranın mədəniyyətini, tarixini hiss etmək üçün Svanetiyaya uz tutur.

Haqqında bəhz etdiyimiz rayon təkcə tarixiliyi ilə seçilmir. Bura yayda olduğu kimi, qış turizm komleksləri ilə də diqqət çəkir. Belə məkanlardan biri Uşquli bölgəsində salınıb. Uşquli Avropanın ən yüksək dağlıq ərazisi sayılır. Svanetinin şərqində, 2.200 metr hündürlükdə yerləşir. İnquri çayının mənbəyində, Şıxara dağının ətəyində qərar tutub. Mestia rayon mərkəzindən - əsas yol boyunca təxminən 33 km məsafədədir.

Yolları keçilməz olduğundan oraya getmək arzumuz baş tutmadı. Qarın qalınlığı bir metr və daha çox olduğundan kəndə gedən yol polis tərəfindən qapadılmışdı. Odur ki, geriyə Mestia rayon mərkəzinin yaxınlığında yerləşən Hatsvali/Tetnuldi qış turizm kompleksinə qayıtdıq.

Bura Savnetiyanın gözəlliyini daha yaxşı görmək, təbiəti hiss etmək üçün ən ideal məkandır. Hündür şam ağaclarının arası ilə dağların başına qalxan kanat və xizək yolları insanı başqa dünyaya aparır. Yüksəkliyə qalxdıqca Qafqaz dağlarının qarlı və orijinal mənzərəsinin fonunda adrenalin daha da artır. Ərazidə bir-birinin davamı olan iki kanat yolu var.

Bura qış vaxtı xizəkçilər üçün də ideal məkandır. Kompleksdə turistlər üçün ən kiçik detallar nəzərə alınıb. Otel və restoranlar, tibbi yardım məntəqəsi, eləcə də xizək yollarında polis nəfərləri fəaliyyət göstərir. Kompleksdə bir gün ərzində əylənmək üçün uşaqlardan 25, böyüklərdən 40 lari ödəmələri tələb olunur.

Gürcüstanın qış turizmi potensialını artıran ünvanlardan biri də Qoderdzi Passdır. İki ildir istifadəyə verilən Qoderdzi Passı görmək üçün Mestiadan başlamaqla uzun bir yol qət etdik. Amma dəyərdi, yoxsa elə hesab edərdik ki, Hatsvali/Tetnuldi Gürcüstanın ən gözəl qış turizm kompleksidir...

Mestiadan 4 saat yol qət etməklə Batumiyə, oradan da 4 saata Qoderdzi qış turizm komplesinə çatdıq. Kurort zonasında avtomobili park etməyə yer tapmadıqda buranın daha maraqlı olacağını hiss etmişdik. Kompleksdə nə maşın, nə də adam əlindən yer vardı. Kimi ayağına xizək geyinir, kimi kanat yoluna bilet alır, kimi də kafedə oturub kofe içir.

Yeni xizək mərkəzi ölkənin qərb bölgəsindəki Acara şəhərində, Qoderdzi Pass-da, dəniz səviyyəsindən 2366 metr yüksəklikdə, Qara dəniz sahilindən 100 kilometr uzaqlıqdakı nadir iqlim qurşağında yerləşir. Qoderdzi Acariyanın ən yüksək nöqtəsidir və nisbətən dənizə yaxın olması səbəbiylə bura tez-tez yağış yağır.

Ərazi hazırda dinamik şəkildə inkişaf etdirilərək müasir xizək kurortuna çevrilməkdədir. Bu səbəbdən də kompleksdə tikinti və təkmilləşdirmə işləri davam etdirilir. Qoderdzi qış turizm mərkəzi Hatsvalidən fərqli olaraq sıx meşəyə sahib deyil. Buradakı bəyaz qar örtüyü çılpaq dağ yamaclarını səhraya bənzədir. Burada da ikimərhələli müasir kanat yolu var. Lakin hava çox soyuq olduğundan kanat qapalı kabinələrlə təchiz olunub. Burada xizəkçilər üçün ucu-bucağı görünməyən ərazi ayrılıb. Həm gözəl mənzərəsinə, həm də insana bəxş ediyi xoş əhvala görə, Gürcüstana səfər edən turistlərin buranı görməsi lazımdır.

Qiymətlər də münasibdir. Əgər gün ərzində bütün kanat yollarından istifadə edəcəksinizsə, xizək sürəcəksinizsə, 25 larinizdən (16 manat) keçməli olacaqsınız. Bura həftə içi saat 10:00-dan 16:00-a, həftə sonları isə 10:00-dan 17:00-a qədər fəaliyyət göstərir.

Digər Fotoları təqdim edirik:

Elgün MƏNSİMOV
AzNews.az
Bakı - Gürcüstan – Bakı
(Fotolar müəllifindir)

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description