Yubiley münasibəti ilə saytımızla yaxından əməkdaşlıq edən şəxsləri 7 nominasiya üzrə ödülləndirdik Yubiley münasibəti ilə saytımızla yaxından əməkdaşlıq edən şəxsləri 7 nominasiya üzrə ödülləndirdik

7 yaşlı AzNews.az öz dostlarını elan etdi - XÜSUSİ MÜKAFAT

Yubiley münasibəti ilə saytımızla yaxından əməkdaşlıq edən şəxsləri 7 nominasiya üzrə ödülləndirdik

1 avqust 2012-ci ildən fəaliyyətə başlayan AzNews.az analitik-informasiya portalının dünən 7 yaşı tamam oldu. Ay ərzində minimum 2 milyondan çox girişə və prestijli brendə malik olan, Azərbaycan cəmiyyəti üçün mötəbər informasiya portalına çevrilmiş “AzNews” yubiley münasibəti ilə xüsusi mükafat təsis etməyi qərara almışdı. Mükafatın verilməsində məqsəd xəbər portalı olaraq bizimlə yaxından əməkdaşlıq edən qurum və şəxsləri oxucularımıza bir daha təqdim etmək, AzNews brendi ilə əməkdaşlığa üstünlük verən həmin dostlarımıza öz təşəkkürümüzü ifadə etmək idi.

Dünən saytımızın Redaksiya Heyəti ciddi müzakirələrdən sonra Azərbaycanın ictimai-siyasi, elmi, mədəni həyatında önəmli rol oynayan bu insanları 7 nominasiya üzrə “AzNews.az analitik-informasiya portalının dostu” elan edilməsi haqqında qərar verdi.

Beləliklə, bizim dostlarımız:

Qüdrət Həsənquliyev, millət vəkili

Müşfiq Ələsgərli, Mətbuat Şurasının sədr müavini

Natiq Axundov, Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi

Sima Yaqubova, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü

İlhamiyyə Rza və Həmid Herisçi, “Xəzər” telekanalında proqram müəllifləri

Kərəm Məmmədov, tarixçi-alim

İlahə Əfəndiyeva, əməkdar artist

Mükafatçıların hər birini təbrik edir, onlara yeni-yeni uğurlar diləyirik!

AzNews.az