Siyasi kluarlarda yeni bir müzakirə yaradacaq mövzu var Siyasi kluarlarda yeni bir müzakirə yaradacaq mövzu var

AXCP sədrinin müavinindən Elçibəy haqqında inanılmaz iddia - REAKSİYALAR

Siyasi kluarlarda yeni bir müzakirə yaradacaq mövzu var

AXCP sədrinin müavini Seymur Həzi bəyan edib ki, Əbülfəz Elçibəy ideoloji baxışlarına görə sosial-demokrat idi. Onun bu iddiası geniş müzakirələr yaradıb.

AXCP niyə Elçibəyi indi milliyyətçilikdən sosial demokratiyaya “transfer edir”?

Elçibəyin silahdaşlarından sayılan, vaxtilə AXC İcraiyyə Komitəsinin sədri olan, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iddia ətrafında sərt tonda mövqe sərgilədi: “Əvvəla, deyim ki, Azərbaycan Xalq Cəbhəsi ölkəmizi müstəqilliyinə qovuşdurandan sonra missiyasını bitirmişdi. O zaman yüz minlərlə insan fədakarlıq göstərib, dövlət qurdu. Bu gün Xalq Cəbhəsi adı altında çıxış edənlərin gerçək Xalq Cəbhəsinə, Azərbaycan Xalq Hərəkatına heç bir aidiyyəti yoxdur. Bir daha deyirəm ki, o zaman Yurd təşkilatı adı altında çıxış edənlər bu adı mənimsəyiblər. Təbii ki, Azərbaycan Xalq Cəbhəsinin missiyasını nə həyata keçirmək istəyirlər, nə də bunda maraqlı deyillər. Əslində Azərbaycan Xalq Cəbhəsinin əsas missiyası Bütöv Azərbaycançılıqdır, Turançılıqdır, türk millətçiliyidir. Bütün bunların hazırda Xalq Cəbhəsi adı altında çıxış edənlərin fəaliyyətlərinə heç bir aidiyyəti yoxdur. Neçə dəfə bu təşkilat Güney Azərbaycanla bağlı məsələ qaldırıb? Türk dünyası ilə maraqlanıb? Əksinəb bunlar gedib Moskvada Milli Şura yaradıblar. Elçibəyin sevmədiyi və hər zaman ifadə etdiyi ”Mən Moskva və Tehran çocuqları ilə bir yerdə olmaram" ifadəsini yada salaraq demək olar ki, onların fəaliyyətləri həmin məktəbə tam ziddir.

Fərəc QULİYEV: Yeni konvensiya ölkəmizin iqtisadi qüdrətini daha da  artıracaq Xalqqazeti.com

Fərəc Quliyev: “Onların fəaliyyətləri həmin məktəbə tam ziddir”

Məsələ burasındadır ki, hər bir lider özünün missiyası, məfkurə məktəbi yaşadıqca yaşayır. O məfkurə məktəbini yaşadanlar təbii ki var. Bizim təşkilat Milli Dirçəliş Hərəkatı Partiyası olaraq, Bütöv Azərbaycanla bağlı Güney Azərbaycan, Türk Dünyası, Borçalı, İrəvan kimi departamentlər yaratmışıq. Bunlara uyğun müəyyən fəaliyyətlər göstəririk. Bu məktəbi qorumaq lazımdır. İndiki Azərbaycan Xalq Cəbhəsi Partiyası adı altında çıxış edən Yurd təşkilatı isə bu məfkurə məktəbinə zidd fəaliyyət göstərir. İndi özlərini doğru fəaliyyət göstərən kimi göstərmək istəyən, Elçibəy yolunda olduqlarını imitasiya etmək üçün hər şeydən əllərinin üzüldüyünü görüb, Elçibəyin məfkurə məktəbini, onun ideoloji prinsiplərini fərqli şəkildə təqdim etmək istəyirlər. Bu da bir şeyə xidmət edir, yalnız özlərini təmizə çıxarmağa, guya doğru yolda olduqları görüntüsünü yaratmağa çalışırlar. Xalq Cəbhəsinin ideoloji xəzinəsini, illərlə yığdığını xərcləyəndən sonra indi də Elçibəyin adından istifadə edirlər. Bu yolla gündəmdə qalmaq istəyirlər. Əvvəla, Elçibəy bir türk millətçisi idi. Daxili siyasətdə demokratiyanı üstün tutan, bütün təbəqələr arasında bərabərlik yaradan, onların azad, firavan həyat yaşamasını istəyən bir siyasətçi idi. Bu gün onun haqqında yanlış təqdimat ortaya qoymaq istəyənlər var. Bununla heç nəyi dəyişmək mümkün deyil. Elçibəyi bütün dünya tanıyır. Ortalığa bir-iki nəfərin çıxıb nəyisə deməyi heç nəyi dəyişməz".

Araz Əlizadə: Şuşa Bəyannaməsi qardaş ölkələrimiz arasında müttəfiqlik  münasibətlərini daha da möhkəmləndirəcək - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Araz Əlizadə: “Bunlar boş-boş iddialardır”

İddia ilə bağlı Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin də fikirlərini aldıq: “Əbülfəz Elçibəyin sosial demokratlara heç bir aidiyyəti yoxdur. Heç yanaşı belə deyillər. O, millətçi demokrat idi. Ona görə də bunlar boş-boş iddialardır. Bizə qarşı çox ittihamlar olub. Bizi gah ruspərəst, gah iranpərəst, gah da qərbpərəst adlandırıblar. Elçibəyi isə bu cür qələmə verməklə onu bir növ Xalq Cəbhəsi ideologiyasından uzaq biri kimi göstərməyə cəhd edirlər”.

Taleh Şahsuvarlı 6 yaşlı sayta baş redaktor aparıldı - FOTO - Modern.Az  Azərbaycan və dünya xəbərləri

Jurnalist Taleh Şahsuvarlının bununla bağlı yazdığı “AXCP yenidən ”qanadlanır", yoxsa sol düşərgəyə keçir?" başlıqlı məqalə də diqqətləri çəkir.

“Seymur Həzinin Əbülfəz Elçibəyi bir şəxsiyyət və siyasi lider kimi dərindən tanımamasında elə bir qəbahət yoxdur. Obyektiv baxımdan, o, Əbülfəz Elçibəyi xalq hərəkatı zamanı, prezidentlik dövründə, Kələkidə və Kələkidən Bakıya qayıtdıqdan sonra dərindən tanıya biləcək yaş nəslinin nümayəndəsi deyil. Məsələyə subyektiv yanaşdıqda isə AXCP sədrinin müavini gənc yaşlarından qoşulduğu ictimai-siyasi proseslərdə heç zaman ”Elçibəy tərəfdarı" kimi iştirak etməyib. Bununla belə, Seymur Həzi hazırda AXCP sədrinin müavini postunu tutur və daşıdığı siyasi görəv gərəyi Əbülfəz Elçibəyin ideoloji baxışları barədə ən azından müəyyən təsəvvürlərə malik olmalıdır".

Jurnalist yazır ki, Elçibəy heç zaman və heç bir yerdə özünə sosial demokrat deməyib, solçu olmasına kiçicik bir eyham belə vurmayıb. T.Şahsuvarlı onu da bildirir ki, sosial demokratlar heç zaman Elçibəyi qəbul etməyiblər. Nümunə kimi Azərbaycan Sosial Demokrat Partiyasını quran Zərdüşt və Araz Əlizadə qardaşlarını, eləcə də, Leyla Yunusu göstərir. Adıçəkilənlərin Elçibəyə kəskin nifrət etdiklərini də məqalə müəllifi qeyd edir. T.Şahsuvarlı əslində bununla Seymur Həzinin lideri hesab etdiyi Əli Kərimlini sosial-demokrat elan etdiyini bildirir. Bu məsələyə AXCP liderinin aydınlıq gətirməsinin vacibliyi də vurğulanır.

Məqalə bu sualla bitir: AXCP sağdan sola yer dəyişdirir, yoxsa Elçibəyi “sosial-demokrat” elan etmək onun tərəfdarlarının daha bir uğursuz açıqlamasıdır?

Cavanşir Abbaslı

Musavat.com