7-ci bənd, son halqa: Arayiki Priqojinin aqibəti gözləyir!

"Laçın yolu məsələsini" BMT Təhlükəsizlik Şurasına çıxarmaq təşəbbüsünün iflasa uğradığını və bumeranq effekti ilə qayıdıb İrəvanın başına dəydiyini təkcə biz demirik. Erməni ekspertləri, siyasiləri və diaspor fəalları Ermənistanın baş naziri Ararat Mirzoyanın "əlinin bərəkəti"nə rişxənd edirlər. İclasın şoku keçəndən sonra Laçın yolun vasitəsi ilə seperatizmə qan daşımaq ümidləri puça çıxmış ermənilərin istər Xankəndi və çevrəsində, istərsə də İrəvanda sözün bütün mənalarında axırıncı yol axtarışları intensivləşib.

İrəvan mediasının yaydığı xəbərlərə görə, Qarabağdakı seperatçı çətənin lideri Arayik Arutyunyan Azərbaycanın artan təzyiqləri qarşısında Ağdam-Xankəndi yoluna döşənən daş plitələri qaldırmaqdan savayı çarə tapmır. Bu da Arayikə qarşı Xankəndidə və İrəvanda cəbhə yaradıb. Kəsə desək, o, "yaramaz" hesab olunur. Arayik nəinki yaramaz və şarlatan, hətta olduqca çox sayda və sahədə ağır cinayətlərin təşkilatçısı və iştirakçısı olması heç kimə sirr deyil. Hər nə qədər qəribə olsa da, Arayikin şəxsi təhlükəzliyinin təmin oluna biləcəyi yeganə yer Bakıda DTX-nın kameralarıdır. Əks halda, Rusiyadakı "Vaqner" muzdlularının lideri Yevgeni Priqojinin aqibəti gözləyir. Qondarma "Artsax Respublikası" Ermənistan üçün Vaqner, Arayik isə Priqojindir. 44 günlük müharibə ilə bağlı malik olduğu informasiyalar, işğal dövründə Qarabağa kef çəkməyə gələn Ermənistan məmurları və siyasətçiləri ilə bağlı əlində olan kompramatlar, silah və insan alveri, orqan, narkotik və mədən qaçaqmalçılığı, "Qarabağ klanı"nın Ermənistanda hakimiyyətə əsas iddiaçı zümrə olması, bu zümrə daxilində və xaricində çox sayda mafioz rəqiblə üz-üzə dayanması çaqqal sürüsündəki yıxılanı yemək instinktinə bənzər formulları işə salır. Ermənistan kəşfiyyatının Arayiki güllələmək, partlatmaq, zəhərləmək, ürək döyüntülərini bir andaca sürətləndirmək kimi planlarının qarşısını almağa Karen Matevosyan kimi narkomanların və "DQR prezidenti"nin şəxsi təhlükəsizliyinə cavabdeh olan qohum-əqrəbasının heç bir imkanı yoxdur. Əgər bu marionetkanın istifadə müddətinin bitdiyini qiymətləndirməyə azacıq ağlı varsa, Bakıdan mədət diləməlidir.

Ağdam-Xankəndi yolu ya açılacaq, ya da açılacaq. Azərbaycan prezidentinin bu məsələdə də göstərdiyi qətiyyət qarşısında başqa planlar qurmaq vaxt itkisindən və sarsaqlıqdan başqa bir şey deyil. Ağdam-Xankəndi yolunun açılması ilə Laçın marşrutu humanitar məzmununa qayıdacaq, Ermənistanın Qarabağda seperatizmi bəsləmək kanalları əbədi olaraq tıxanacaq. Bu, həm də seperatizmin Qarabağdakı qara iqtisadiyyanınn çökdürülməsi, Ermənistanın işğalçılıq siyasətinin birbaşa və yan təsirlərindən milyonlar qazanan böyük cinayətkar şəbəkənin məhvi deməkdir. Əslində, ermənilərin Qarabağda "sosial böhran", "humanitar fəlakət" deyə qurduqları ağlaşmanın arxasında dayanan yeganə reallıq budur. Onsuz da Ağdərənin hansısa dərəsinın qırağındakı xosmada yaşayan Arakel Azərbaycan Respublikasının himayəsindən çıxan gündən bu yana çörək tapmır. Zəfər yolu ilə Şuşaya gedənlər arakellərin 1988-ci ildən bəri it günündə yaşadıqlarını çox aydın görür. Ancaq həmin Arakelin oğlunu azərbaycanlılarla savaşa, qızını rus hərbiçilərinin, Avropadan seperatizmə dəstək vermək üçün Xankəndiyə gələnlərin yatağına göndərənlər qarətlə, qaçaqmalçılıqla, Azərbaycana qarşı terrora ayrılan maliyyənin mühüm bir qismini maxinasiya yolu ilə ələ keçirməklə Ermənistanda, Rusiyada, Avropada, ABŞ-da, BƏƏ-də şirkətlər qurub, ticarət obyektləri əldə ediblər. Bura Arayik də daxildir, onun qanına susayanlar da. Bu günlərdə Arayiki qıcqırmış qatıqla müqayisə edən Samvel Babayan kimdir, bilirsinizmi? Azərbaycan SSR dönəmində o Stepanakertdə qarajda işləyən qara bir fəhlə idi. Azərbaycanın işğal olunmuş kəndlərindəki evləri talan etmək üçün İranlılara satan, silah qaçaqmalçılığı edən, heç bir ali və hərbi təhsilə malik olmadığı halda çiyinlərinə "general" rütbəsi taxan bu aşağılıq məxluq indi "Artsax prezidenti" olmaq üçün Ağdam-Xankəndi yolununun açılmasına qarşı müqavimət planları cızır. Bildirçinin bəyliyi darı sovrulana qədərdir. Darı isə üç il öncə- 2020-ci ilin noyabrında Ermənistanın işğalçı ordusunun gizlənməyə siçan deşiyi axtaran fərarilərinin bütün baş bilənlərinin Azərbaycanın Ali Baş Komandanı qarşısında dizini yerə qoyduğu gün sovrulub.

Ermənistanın Baş naziri Nikol Paşinyan öz hökumətinin iclasında Azərbaycanın Laçın yolunu birtərəfli açmasından danışıb. 30 il ərzində bütün qitələrdən erməni gətirib Qarabağda yerləşdirdilər, xeyri olmadı. Ermənistanın müharibə cinayətləri törədərək apardığı qanunsuz məskunlaşdırma siyasəti effekt vermədi. Elə Rusiya vətəndaşı olan erməniləri 44 günlük savaşdan sonra Xankəndidə xüsusi icmaya çevirmək planları da iflasa uğradı. İndi aradan çıxırlar. Ruslar özü Rusiyadan qaçmaq istəyir, bunlar "miatsum" ideologiyasının iflasa uğramasını dərk edib donuz saxlamaq üçün şimala can atırlar. Laçındakı SNB-dən Xankəndidəki cinayətkar rejiminin girovluğundan xilas olduğu üçün təbəssümlə keçən Elena kimi gənclər isə səadətlərini ABŞ-da, Avropada görürlər. İrəvan mediasının apardığı propoqanda həmişə olduğu kimi yenə də yalan və saxtakarlıq üzərində qurulub. Gənc Elena Azərbaycanın sərhəd mühafizlərindən, jurnalistlərindən qorxmurdu. Əksinə, özünü güvənli hiss edərək girovluqda gizlətdiyi emosiyalarını cilovlaya bilmədi. Sosial şəbəkələrin erməni seqmentində də məhz buna görə linç olundu. Elana qış tətilinə qayıdanda əminəm ki, Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq. O zaman elenaları girovluqda saxlayan, hərbiçilərin, diplomatların, beynəlxalq mediada təsiri olan jurnalistlərin qaldığı otellərə cariyə kimi göndərməyə müntəzir olan Arayik rejimi qara ləkə kimi Azərbaycanın bağrından silinəcək. Azərbaycan Elenaya nə vəd edir? Respublikamızın Konstitusiyasına və qanunlarına, qoşulduğumuz beynəlxalq konvensiyalara əsasən ləyaqətli vətəndaşlıq, təhülkəsiz həyat. Fəqət reallıq heç də Elena qədər gözəgəlimli və xoş təbəssümlü deyil. 30 il ərzində beyinlərinə azərbaycanlıları "düşmən obrazı" yerləşdirilmiş Qarabağdakı erməni mənşəli gənclərin mühüm bir qismi reinteqrasiya prosesinə adekvat reaksiya verməyib xaricə üz tutacaqlar. Bu, taleyin daşnaklara ironiyasıdır. Azərbaycan torpaqlarını işğal edən, qanunsuz məskunlaşdıran daşnak zehniyyəti gənc və təhsilli Qarabağ ermənilərinin miqrasiyasını körükləyəcək. Azərbaycanın bu prosesə mane olması mümkün deyil, çünki insanların yaşamaq üçün yer seçmək azadlığına ziddir.

Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamalarında 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın 7-ci bəndini qabardıb. AzNews.az portalı olaraq bu bəndi davamlı olaraq xatırladırıq və onun yerinə yetirilməsinin vacibliyini vurğulayırıq. Həmin bənddə deyilir:

"Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır".

Bəli, Üçtərəfli Bəyanatın sözügedən bəndinə görə, 5 il ərzində keçmiş DQMV-nin inzibati ərazisinə daxil olan və ətraf rayonlarda yaşayan sakinlər öz evlərinə dönməlidir. Nədənsə, Nikol bu bəndin ancaq erməni mənşəli şəxslərə aid olduğunu düşünür, ancaq elə deyil. 44 günlük müharibə zamanı evini tərk etmiş ermənilərin mütləq əksəriyyəti geri dönüblər, ancaq 30 ildir məcburi köçkün həyatı yaşayan heç bir azərbaycanlı Qarabağ iqtisadi rayonunun hazırda RSK-nın nəzarətində olan hissəsinə qayıtmayıb. Xocalı, Malıbəyli, Kosalar, Meşəli, Umudlu, Kərkicahan, Xanalılar, Qaragav və bu kimi sovet dövründə, müstəqilliyimizin ilk illərində azərbaycanlılar yaşayan çox sayda kənd öz gerçək sahiblərini gözləyir. Bu kəndlərdəki evlərin xeyli qismi salamatdır və zəbt olunub. Bu bəndin yerinə yetirilməsinə ən böyük əngəl Ermənistanın işğalçı qoşunlarının Qarabağdakı qalıqları və onlara arxalanan kukla rejimdir. Hər iki faktor gərəkdirsə diplomatik, gərəkdirsə hərbi yolla aradan qaldırılmalıdır.

İrəvanın və Xankəndidəki xuntanın Ağdam-Xankəndi yolunun açılmasına mane olmaq imkanları qalmayıb. Xankəndidən gələn siqnallar göstərir ki, prosesə mane olmaq üçün revanşistlər silahlı qiyam qaldıra, terror və kütləvi iğtişaşlar törədə bilərlər. Üçtərəfli bəyanata görə, Rusiya Sülhməramlı Kontingentinin yeganə vəzifəsi Azərbaycan və Ermənistan qoşunları arasında bufer rolunu oynamaqdır. Onların Azərbaycanın daxili məsələlərinə qarışmağa ixtiyarı yoxdur. Əgər Xankəndidə kütləvi iğtişaş və qətllər başlayarsa, vəziyyəti düzəltmək Azərbaycan Respublikasının üzərinə düşür. Daxili Qoşunlarımız dərhal Xankəndiyə girməli, xuntanı ləğv etməli, qiyamı yatırmalı və mülki əhalinin təhlükəsizliyini təmin etməlidir.

Taleh ŞAHSUVARLI