- Redaktor masası
- 8 Sentyabr 2023 22:34
- 14 882
Küpəgirənin revanş arzusu: Nikol erməni gənclərini niyə qırdırmaq istəyir?

İcazənizlə, başlıqda qoyduğum sualı lap axırda cavablandırım. Məqsədim sizi intizarda saxlamaq, yazını oxutmaq üçün jurnalist fəndi tətbiq etmək deyil. Ona qalsa, ruhunuzu da incitmərəm. Xüsusən də hər kəsin dilində yeni eskalasiya ilə bağlı suallar dolaşdığı bir zamanda birbaşa mətləbə keçmək, zənnimcə, daha doğru olar.
Hər şeydən öncə biz azərbaycanlılar Birinci Qarabağ Savaşında niyə yenildiyimizi təhlil etməliyik. Səbəblərini bircə-bircə deyim, tam əks edə bilməsəm, sizlər də öz əlavənizi edə bilərsiniz.
Birinci Qarabağ Savaşında:
1. Filoloji vətənpərvərlikdən uzağa gedə bilməmiş, elmi, tarixi şüur və siyasi institutlaşma baxımından erməni ideologiyası qarşısında zəif idik;
2. Milli bir liderimiz yox idi;
3. Güclü mərkəzi hakimiyyətimiz və dövlət təşkilatımız yox idi;
4. Nizami ordumuz yox idi;
5. Könüllü silahlı birləşmələrin komandir heyətinin hərəsi bir siyasi xətti müdafiə edir, hətta bir çoxları bilərəkdən ya bilməzlikdən xarici kəşfiyyata qulluq edirdi.
6. Cənubi Qafqaz xalqlarının müstəqillik iddialarına dünyada heç kim ciddi yanaşmır, məsələyə Rusiyanın "daxili işi" kimi baxırdı;
7. İmperiya təcrübəsi olan dövlətlər başa düşürdü ki, işdir-şayəd Cənubi Qafqaz Rusiyadan uzaqlaşa bilsə, Azərbaycandan başqa müstəqil olmağa üç ölkədən heç birinin potensialı yoxdur, Gürcüstan və Ermənistan Türkiyənin orbitinə düşəcək, buna mane olmaq üçün Türkiyənin qanbir, dinbir qardaşlarını əzmək lazımdır.
Uzun sözü qısası, iqtisadi, demoqrafik və ərazicə bizdən çox-çox zəif və kiçik, Çar Rusiyasının himayəsi ilə Cənubi Qafqazda yer-yurd sahibi olan və bizim Demokrarik Cümhurıyyətimizi quran fədakar babalarımızın səriştəsizliyi ucbatından dövlət kimliyi qazanan, modernizasiya prosesini keçmədiyi üçün dini icma olaraq qalmış ermənilər torpaqlarımızı işğal etdilər.
Bu işğalın səbəblər məcmusunu Azərbaycanda doğru şəkildə analiz edən bircə lider vardı- Heydər Əlieyev. Çünki qalan bütün liderlər ya filoloji fazada vurnuxur, ya Yasəmən Qaraqoyunlunun fərqində olmadan etiraf etdiyi kimi, metafizik aləmdə cin-şeytan qovur, ya da dünya siyasətinin reallıqlarından bixəbər şəkildə siyasi evcik-evcik oynayırdılar.
İqtidara Heydər Əliyev gəldi və ata Əliyev ən doğru qənaəti dövlət siyasətinə çevirdi: Birinci Qarabağ Savaşındakı yenilgimizin əks tərəfindəki qalibiyyətin sahibi ermənilər deyildi. Bax, bu paradiqmanı çözmək üçün zəka, bilik, təcrübə ilə yanaşı qələbəyə oynamaq üçün xarakter və kombinasiyalar ustası olmaq lazım idi ki, Heydər Əliyevin qarşısında super dövlətlərin başçıları belə, el dili ilə desək, "yumurtadan dünən çıxanlar" idi.
Fəqət şərtlər hələ yetişməmişdi. Oğul Əliyev bağlı qapılar arxasında bəzən iki ayağını bir başmağa dirəyir, bəzən gəlib-gedənləri yola verir, bəzən də qəzəblə düşməni müharibə ilə hədələyirdi- bütün bunları WikiLeaks sənədlərindən bilirik.
Nəhayət o gün yetişdi. Günlərdən bazar. 27 sentyabr 2020-ci ildə yuxudan tez oyanan soydaşlarımız cəbhədən gələn xəbərlərdən daha bir dəfə insani təşviş keçirdilər və daha bir dəfə "yetər, artıq" dedilər. Saat 11.50 radələrində ALİ BAŞ KOMANDAN xalqa səsləndi:
"Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır"!
Elə o gecə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən çağırış aldım. Ertəsi gün axşam saatlarında artıq ehtiyyatdan çağırılmış zabit olaraq "N" saylı hərbi hissədə idim. Ön cəbhəyə dərhal göndərilmədik. Ehtiyyatdan çağırılan daha yüksək rütbəli peşəkar zabitlər- mayorlar, polkovnik leytenantlar, polkovniklər arasında elələri vardı ki, qoşunlarımızın yerinə yetirdiyi ən xırda döyüş tapşırıqlarını çox qısa zamandan sonra təhlil edir, qürur duyurdular. Şəkidən bir kadr zabit vardı, polkovnik-leytenant olaraq ehtiyyata çıxmışdı, - zamanı qabaqlayıb deyirəm, döyüşlərdə qəhrəmancasına iştirak etmiş, yaralanmış və polkovnik rütbəsində geri dönmüşdü- biz hələ ön cəbhəyə yollanmamış dediyi bir söz indiki kimi yadımdadır, qulaqlarımda səslənir: "Uşaqlar, bu müharibə bitib. Biz qalib gəlmişik". Müjdəsini xəritə üzərində izah etdi və dedi ki, işğalçı Ermənistan bu savaşı oktyabrın axırınacan aparmağa qadir deyil artıq. Amma Ermənistanın savaşı oktyabrın ayının əvvəllərində uduzmasına rəğmən, döyüşlər nəinki ayın ortasında, heç sonunda da səngimədi. Bunun əsas səbəbi Ermənistanın Baş naziri Nikol Paşinyanın devriləcəyindən qorxması və erməni qoşunlarını qırğına verməkdən çəkinməməsi idi.
Nikol Azərbaycanın haqlı tələblərini yerinə yetirib öz xalqının övladlarını ölümdən xilas edə bilərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordusunun Şuşaya bayraq sancacağını, Xankəndini yerlə-yeksan etməyə qadir olduğunu, Ağdam və Ağdərə-Qırmızıbazar sektorundakı işğalçı ordu qalıqlarının mühasirəyə düşdüyünü ovcunun içi kimi bilirdi. İndi yeni müharibə başlasa Göyçədə, Qərbi Zəngəzurda 44 günlük savaşda 3/2 məhv edilmiş Ermənistan ordusunun fərarilərdən ibarət şəxsi heyətinin girməyə deşik axtaracağını bildiyi kimi...
Bəli, Nikol Paşinyan çox yaxşı bilir ki, Azərbaycanın iqtisadi, demoqrafik, siyasi və geosiyasi gücü ilə bütünləşmiş Silahlı Qüvvələrinin qarşısında Ermənistanın sınıq-salxaq ordusu Göyçədə, Zəngəzurda bir həftədən daha çox davam gətirə bilməz. Bəs, bu təxribatları niyə törədir? Niyə tutuquşu kimi "Qarabağ Azərbaycandır" dediyi halda, Sülh Müqaviləsi imzalamır? Əksinə, Azərbaycanın onun İrəvandakı iqamətgahını darmadağın edə biləcək silahlarının, PUA-larının və əsgərlərinin qabağına küpəgirən kimi çıxır?!. "Bayraqdar"ın qabağına küp, BAYRAQDARın qarşısına KÜPƏGİRƏN çıxa bilər indiki zamanda?
Nikol bir ermənidir və ermənilərin müasir dünyada heç bir rolu, funksiyası, faydası yoxdur. Erkən orta çağların əlifbası, ideologiyası, dini icmalara məxsus siyasi xaraktersizliyi ilə süni şəkildə dövlət identifikasiyana "layiq görülmüş" ermənilər hələ də mifoloji təfəkkürün küp erasındadırlar. Ermənilər Qarabağ savaşını, Azərbaycanla savaşı strateji baxımdan çoxdan- hələ 1918-ci ildə daşnak və bolşeviklər Bakını itirəndə uduzmuşdular. Küpdən çıxa, dünyaya boylana, İlham Əliyevin timsalında Azərbaycanın təbii gücünü snerjiyə və tarixə çevirəcək bir sərkərdənin doğuşunu görmədilər. İndi cəsarətləri çatısa, gəlsinlər, yerlərini də, göylərini də, küplərini dağıdar, süpürgələrini də küplərinə soxarıq!
Nikol İrəvan bələdiyyə seçkilərində uduzmaqdan qorxur və sırf küpəgirən məntiqi ilə Azərbaycanı müharibə ilə hədələyir, Rusiyaya diş qıcayır, İrandan və Fransadan aldığı hərbi-siyasi dəstəklə özünü Qərbə şirin satmaq üçün Vladimir Putini həbslə hədələyir. Belə yerdə deyirlər, qudurasan, qurbağa!!! Fəqət bu küpəgirən dığa əsla anlamağa qabil deyil ki, Azərbaycan 44 günlük savaşda təkcə Ermənistanı yox, bütün dünyanı qarşısına alaraq Ağdamı, Kəlbəcəri, Laçını ona təhvil verdirib. Nikol indi özü qorxusundan, siçan deşiyindən başını çıxartmadan, İlham Əliyevə yalvara-yalvara təhvil verdiyi Ağdamı, Kəlbəcəri, Laçını bizdən geri ala bilər? Nə istəyirsə, sifariş edək ona, "Alı bəyin restoranında" menyü genişdir.
Eskalasiya isə qaçılmazdır. Rəsmi Bakı Ermənistan hakimiyyətinin infantilcəsinə quraşdırdığı oyunlara dözməyəcək, dözə bilməz və dözməməlidir. Bu gün olmasa, sabah, sabah olmasa biri gün Nikol daha bir dəfə telefonlardan sallaşmağa məhkumdur. Beynəlxalq hüquq bizim tərəfimizdədir: ərazilərimizdə qanunsuz silahlı birləşmələr, terror dəstələri, işğalçı Ermənistanın yaratdığı cinayətkar xunta var. Ərazi bütövlüyümüz Ermənistan tərəfindən təhdid olunur, İrəvan Azərbaycanla sərhədləri müəyyənləşdirməkdən qaçır. Bir də bu dünyada "Ermənistan" adlı süni dövlətin olub-olmaması kimin vecinədir guya? Vandal, xəstə, sözün həqiqi mənasında sivilizasiyanın üz qarası olan bir toplum Cənubi Qafqaz kimi mötəbər bir regionda haçanacan əl-ayağımıza dolaşacaq?
Taleh ŞAHSUVARLI