- Redaktor masası
- 17 Oktyabr 2023 21:01
- 17 687
İlham Əliyevin zəfər prinsipi: Vandalizmə qarşı modernizm!
Azərbaycan prezidentinin qarı düşmənə həm məkanda, həm də zamanda qalib gəlməyinin bəhrəsini isə biz əsrlərlə görəcəyik!
Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndidəki ZƏFƏR NİTQini hər bir azərbaycanlı kimi mən də böyük iftixar hissi ilə dinlədim.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistana birləşdirilməsi üçün Azərbaycandan faktiki olaraq qoparılmış torpaqlarımızda dövlət suverenliyimizin bərqərar, ərazi bütövlüyümüzün bərpa olunması, müstəqilliyimizə və tərəqqimizə qarşı qurulmuş xain planın darmadağın edilməsi, yüz minlərlə insanımızın həyatına, sağlamlığına qəsd edən, əmlakını talayan, yurdundan-yuvasından didərgin salan cinayətkar xunta başçılarının həbsə atılması İlham Əliyevin 20 illik hakimiyyətinin yaratdığı yeni və inkarolunmaz reallıqdır, heç şübhəsiz.
Bu reallıq Vaspurakan ermənilərinin Türkmənçay müqaviləsindən sonra şimali Azərbaycan xanlıqlarının ərazisinə köçürülməsi, nəticədə regionun demoqrafik strukturunun dəyişdirilməsi ilə xalqımızın dövlət identifikasiya qarşı əsrlərdir reallaşdırılan məkrli planın əbədi uğursuzluğa düçar olmasının isbatıdır. Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan SSR-nin, yenidən dövlət müstəqilliyini qazanmış Azərbaycan Respublikasının əraziləri hesabına hələ də gerçək mənada millət kimi formalaşmamış orta çağların marginal kilsə icmasının süni şəkildə dövlətləşdirilməsi, sadəcə, "dənizdən-dənizə" yayılmaq istəyən, ancaq bir gölün qırağını, bir dərənin ortasını doldurmağa insan resursuları olmayan xəstə təfəkkürlü yığnağın əsəri deyildi. Bunu məndən də yaxşı bilirsiniz. Onu da yaxşı bilirsiniz ki, Cənubi Qafqazda siyasi faciə janrının müəllifləri çar Rusiyasının, sovet imperiyasının müstəmləkəsi olmuş toplumumuza aşılanmış natamamlıq komplekslərindən məharətlə faydalanan və dünyada hegomonluq uğrunda mübarizə aparan böyük güclər idi. Bu güclər, bu güclərlə genetik modifikasiyaya uğramış, əsrlərlə manikal-depressiv psixoz içərisində yaşayan haykanlar arasında körpü quran zəngin diaspora üçün Atilladan üzübəri Türkə duyduqları nifrətlə öz tarixi torpaqları ilə zorən qonşu edilmiş Azərbaycanın adını siyasi coğrafiyadan silmək üçün heç nədən çəkinmirdilər. İrəvanın, Göyçənin, Qərbi Zəngəzurun, Dərələyizin timsalında torpaqlarımızı fürsət yarandıqca topdan, girəvə düşdükcə isə, Qaragöl və ətrafındakı dağların nümunəsində qarış-qarış ələ keçirən ən qədim mütəşəkkil cinayətkar dəstəyə qarşı çıxmağa canında təpər olmayan rəhbərlərimizin, yumşaq desək, üzüyolalığı sayəsində dramın son pərdəsinə çatmışdıq. Ermənistanın baş naziri Nikol Paşinyan heç də arxasındakı yanlardan az olmayan tsexokronist yanğısı ilə "Qarabağ Ermənistandır və nöqtə" deyəndə qlobal güclərin Azərbaycanın silaha əl atmağa imkan verməyəcəyinə əmin idi. Bu əminliklə "həlledici addımlar" atmağı düşünürdü. 1988-ci ildə Azərbaycan SSR-nin, Ermənistan SSR-nin və SSRİ-nin konstitusiyalarına zidd olaraq qəbul edilmiş "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında" qərarı o, yeni versiyada gündəmə gətirmək, işğal olunmuş Azərbaycan torpaqlarını rəsmən Ermənistanın "Artsax" adlı əyalətinə çevirmək, daha sonra Naxçıvanla bağlı iddialara keçmək istəyirdi. Ermənilər vaxtilə Osmanlı və Rusiya imperiyaların çöküşündən bəhrələndikləri sayaq İran İslam Respublikasındakı rejimin çöküşü ərəfəsində öz sərhədlərini genişləndirmək və yeni status-kvo yaratmağa can atırdılar. Bu məqsədlərinin reallaşması üçün həmçinin Azərbaycanın Əliyevlərsiz zamana- 1987-93-cü illərə qayıtması, ölkəmizin daxilində hərc-mərclik salınması lazım idi. Mənşəyi naməlum, əslində isə, məlum pullarla xaricdə yaradılan Youtub kanalları dayanmadan dövlət başçısına və ailəsinə nifrət püskürərək xalqı inqilaba səsləyir, hakimiyyətə gələ bilmək üçün sözün birbaşa mənasında erməniyə "dayı" deməyə hazır olanlar ordumuzun döyüş qabiliyyətini aşağılayırdı. Bütün təzyiqlərə, təhdidlərə, fitnələrə rəğmən prezident Əliyev zərgər dəqiqliyi ilə şərtləri Azərbaycanın lehinə çevirirdi.
Bəli, 44+1 günlük savaşdan sonra, Xankəndidə Azərbaycan bayrağının dalğalanmasının yaratdığı riqqəti diqqətə çevirib AZƏRBAYCANIN ZƏFƏR YOLUna nəzər salanda Qarabağı azad edəcəyinə bizim hamımızdan çox inanan, əmin olan bir lider görürük. Tarix məhz amalına sadiq və əmin olan, can atdığı hədəfləri öz həyatının missiyası bilən liderlərin xalqların taleyində oynadığı koqnitiv rolların məcmusudur. Azərbaycan xalqının tarix şüuru və dövlətçilik identifikasiyası milli iradəyə çevrilərək Qarabağdakı ermənilərin beynəlxalq hüquq müstəvisində heç bir dəyəri olmayan öz müqəddəratını təyin etmə hüququna qarşı İlham Əliyevin koqnitiv öz müqəddəratını təyin etmə azadlığını dəstəkləmişdi. Azərbaycan liderinin "nəyi necə edəcəyimi mən bilirəm" söyləminin arxasında məhz bu iradə və azadlıq dayanırdı. Nikol Paşinyan və Sorosakanın görməmiş elitası kimi "Şərq məsələsi"nin tarixi benefisiarları da məhz bu amili yetərincə hesablaya bilməmişdilər.
İlham Əliyevin Azərbaycan xalqı və dövləti adına ortaya qoyduğu xarakter, iradə, qətiyyət 44 gündə Ermənistanı cəng meydanında diz çökməyə məcbur etdi. İşğalçı ordusunun yarıdan çoxunu Azərbaycanın apardığı "ağıllı müharibədə" qısa zaman ərzində itirmiş Ermənistanın kapitulyasıya sənədi qismində Üçtərəfli Bəyanatı imzalamaqdan savayı çıxış yolu qalmadı. Hərbi məğlubiyyətin şokundan çıxmağa çalışan Ermənistan hakimiyyəti bir müddətdən sonra Rusiya Sülhməramlı Kontingentinin bölgədəki varlığından sui-istifadə etməyə, revanş planları cızmağa, rəsmi və qeyri-rəsmi formada üzərinə götürdüyü öhdəliklərdən yayınaraq yeni status-kvo formalaşdırmağa cəhd elədi. Üslub dəyişsə də, məzmun dəyişməmişdi. Nikol Paşinyan artıq Azərbaycana qarşı açıq ərazi iddiaları səsləndirmir, ancaq "Dağlıq Qarabağ xalqının hüquq və azadlıqlarına beynəlxalq təminat" istəyərək silah toplayırdı. Təbii ki, çağımızda həm doğru iş görən, həm də işini doğru görən çox az sayda liderlərdən biri, mənim fikrimcə, birincisi olan İlham Əliyev- dünyanı düzgün oxumaqla yanaşı, Azərbaycanın dostlarını da, düşmənlərini dərindən tanıyan, Qarabağ münaqişəsi ilə bağlı ən böyük institutsional yaddaşa malik dövlət başçımız da ələ düşmüş tarixi şansı qaçırmaq niyyətində deyildi. 21-ci əsrə məxsus assimmetrik və hibrid savaşların artıq əfsanələşmiş sərkərdəsi olan İlham Əliyev Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrin böyük peşəkarlıq və fədakarlıqla qazandığı hərbi zəfəri qorumaq üçün 10 noyabr 2020-ci ildə verdiyi Xankəndinin qapısında dayanmaq barədə qərarının arxasında dayanan rasional iradəni bütün hərəkətləri Şuşadan aydın müşahidə olunan üç-beş seperatçı təlxəyə həzm etdirməsi 24 saat belə çəkməyəcəkdi...
Budur, hər birimizin alqışını, duasını, güvənini qazanmış prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndidədir. Başının üstündə Azərbaycanın yeni müstəqillik tarixində heç vaxt Xankəndidə dalğalanmamış üçrəngli bayrağı, ayağının altında məğlub etdiyi, axırına çıxdığı xuntanın əski parçası!.. Bu misilsiz iftixarı bizə yaşadan nə adını bu yazıda çəkməyə belə lüzum görmədiyim sarsaqların iddia etdiyi sayaq İlham Əliyevin "geopolitik bəxti"dir, nə də kimlərinsə Nikol Paşinyanı devirmək planları. Olaylara sistemli və dialektik yanaşmaq lazım. Bu gün Xankəndidə dalğalanan Azərbaycanın dövlət bayrağı ilk növbədə milli müstəqilliyimizin Heydər və İlham Əliyevlərin həyatı bahasına özünütəsdiq prosesindən uğurla çıxmasının məntiqi yekunudur. Bu baxımdan çağdaş dövlətçiliyimizi "dördüncü" və ya Zəfər respublikası" adlandıranlar da haqlıdır. Səslənən fikirlərin sayından və rəngarəngliyindən asılı olmayaraq bütün hallarda söhbət YENİ AZƏRBAYCANdan gedir. Az-çox düşünmək qabiliyyəti olan hər kəs fərqindədir ki, İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Yeni Qafqazın qurucu dövləti olaraq öz üzərinə tamamilə yeni geopolitik rol götürüb. Azərbaycanın regionda və dünyada üzərinə götürdüyü rolla quracağı gələcəyə körpü salan tarixi zəfərə İlham Əliyevin ölkəmizin insan kapitalını yenidən təşkil etmək və milli hədəflərə yönəltmək siyasətinin nəticəsi saymaq da son dərəcə doğru olacaq. Gəlin, qəbul edək ki, güvənilməz, yaxud göstərilən güvəni sarsıdacaq, işi yarıda buraxacaq populist liderlərin önündə getdiyi heç bir xalq suveren əraziləri olsa belə, qos-qoca imperiyaların ağzından torpaq geri ala bilməz. Özünə və sözünə güvən yaratmaq İlham Əliyevin fitri bacarığıdır. Bu özəlliyini dünya siyasətinin liderlərinə də qəbul etdirən İlham Əliyev xalqımızın potensialını, əzmini, enerjisini insan kapitalına çevirməklə tsexokronizmə- erməni faşizminə qarşı müqavimət hərəkatının sosiogenetik bazasını yenidən formalaşdırdı. 20 il ərzində qurulan təkcə Azərbaycanın qələbə modeli deyildi, həm də qalib vətəndaşlıq modeli idi.
Bu modelə qarşı çıxmağa heç bir resursu olmayan erməni revanşistləri 44 günlük müharibədən sonra "səlibçilər" adı altında təşkilatlanmaq istəyirdilər. Avropa və Asiyanın neo-klerikal dairələrinin bəzən birbaşa, bəzən dolayı yolla dəstəklədiyi səlibçiliyin tipik orta çağ kompleksi olduğunu vurğulamağa xüsusi ehtiyac yoxdur. İlham Əliyev Eçmiədzin səlibçilərinin qarşısına modernizm çıxarmaqla bizi bir xalq olaraq çox böyük bir bəladan- ermənilərə bənzəmək riskindən də xilas edib. Düşmənlərin bir-birinə bənzəməsi, bir-birindən "qidalanması" çoxəsrlik münaqişələrin yaratdığı ən böyük riskdir. Çox sadə bir misal çəkim. Azərbaycan torpaqlarını işğal edən ermənilər Qarabağda daş üstdə daş qoymayıblar. Buyurun, bir də torpaqlarını işğaldan azad edən Azərbaycanın seperatizmin yuvasındakı evləri, mülki infrostrukturu necə qoruduğunu gözlərimizin önündə canlandıraq. Bu əxlaqi və siyasi yetkinlik, sadəcə, bizim vətən anlayışımızdan qaynaqlanmır, mental dəyərlərimizə əsaslanmır. Vandalizmə qarşı modernizm- bu, bizim xalq və dövlət olaraq tərəqqidə qət etdiyimiz böyük məsafənin göstəricisidir. İrəvan mediasını ardıcıl izləyənlər bu sözümü məmnuniyyətlə təsdiq edə bilərlər, biz ermənilərlə eyni regionda, ancaq fərqli dünyalarda yaşayan xalqlarıq. Kənar müşahidəçilərin bunu təsəvvür etməsi çətindir, ancaq bir faktdır ki, qonşuluğumuzdakı yığnaq üçün heç bir müasir çağırış yoxdur.
Elə Nikol Paşinyanın bu gün Qərbdə verdiyi mesajlar da bir daha təsdiq edir ki, məxməri inqilab layihələrinin siyasi mühəndislərinin eksperiment siçovuluna çevrilmiş "narıncı ermənilər" Avropa təsisatlarına belə anbar kimi yanaşırlar. Heykəli Xankəndinin girəcəyinə qoyulmuş əcdadları kimi torpağın altına lağım atmaq və dəlmə-deşiklərdə yaşamaq xisləti ilə Azərbaycanın modernizasiyasına uyğunlaşmaq o qədər də asan məsələ deyil. Bəli, mən başa düşürəm ki, Qarabağda bir neçə min ermənini "damazlıq" kimi saxlamağımız vacibdir. Kütləvi şəkildə olmasa da, Ermənistanda, Avropada bir az yardım yeyib geri- Qarabağa qayıdacaqlar. Onları Ermənistana aparan qorxu isə, heç də tutulmaq, öldürülmək, soyqırıma məruz qalmaq əndişəsi deyil. Belə məsələlərdə kifayət qədər hiyləgərdirlər və öz dediklərinə heç özləri də inanmırlar. Ancaq bir erməni üçün, istənilən bir erməni üçün ən böyük təlaş mənbəyi modernləşməkdir. Adaptasiya olunmaq və modernləşmək mahiyyətcə fərqli keyfiyyətlərdir. 100 ildən çoxdur ki, ABŞ-da yaşayan ermənilər açıq cəmiyyətə adaptasiya olunublar, ancaq modernləşə bilməyiblər. Bu barədə erməni diasporu barədə tədqiqatlar aparan obyektiv amerikan müəllifləri çox yazıb və söz açdığım amilin Qərb ölkələrində erməni icmalarının mütəşəkkilliyini təmin edən əsas səbəb olduğunu vurğulayıblar. Bizim bir toplum olaraq tərəqqiyə yanaşma kodlarımız və düsturlarımız kökündən fərqlidir. İlham Əliyev iqtidara gəldiyi ilk gündən bu düsturları Azərbaycanın inkişafına tətbiq etdi və ermənilərlə aramızda zaman fərqi yaratdı. Azərbaycan prezidentinin qarı düşmənə həm məkanda, həm də zamanda qalib gəlməyinin bəhrəsini isə biz əsrlərlə görəcəyik!
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru