Milli QHT-lərin Ümumrespublika Forumu keçirilir

Milli QHT Forumunun Ümumrespublika Forumu keçirilir.

QHT.az xəbər verir ki, Forumda 300-dək Qeyri-Hökumət Təşkilatı rəhbəri iştirak edir.

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, "Zəfər" Şəhid Ailələrinə Dəstək ictimai birliyinin sədri Sevinc Alızadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının rəhbəri Rafael Hacıbəyli, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan Milli QHT Forumu (MQF) 1999-cu il iyun ayının 11-də 95 QHT tərəfindən təsis edilmişdir. Milli Qeyri-Hökumət Təşkilatlarının hərəkatının genişlənməsi, onların fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübəyə və mövcud qanunvericiliyə uyğun qurulması, koordinasiya edilməsi, QHT-lərin dövlət orqanları, bələdiyyələr, milli və beynəlxalq donorlar, eləcə də media və özəl sektorla qarşılıqlı faydalı əməkdaşlığının təmin olunması, üçüncü sektorun və vətəndaş cəmiyyətinin inkişafı və onların qarşılaşdığı problemlərin həllinə yardım etmək məqsədilə yaradılmış MQF, hal-hazırda 648 təşkilatı birləşdirən ictimai koalisiyadır.