Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir - CANLI YAYIM

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləridir.

AzNews.az xəbər verir ki, bu gün keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün seçici siyahılarına 6 milyon 300 mindən çox seçicinin adı daxil edilib. Həmçinin, prezident seçkiləri üçün 6 537 məntəqə təşkil edilib.