• EKONEWS
  • 22 Yanvar 2024 11:31
  •  5 532

İşğaldan azad edilmiş ərazilərdə seçkiqabağı sosioloji sorğu keçiriləcək

“Seçkiqabağı sorğu seçkidə gözləntiləri öyrənmək baxımından faydalı olacaq. Qarabağ bölgəsi də daxil olmaqla 40 ərazidə, 500 seçki məntəqəsində fəaliyyət göstərəcəyik. Komandaya eyni zamanda 25 nəfər nəzarətçilər daxil ediləcək. Təşkilatımızda 10 data analitik, 1500 müsahibə alan şəxs olacaq”.

AzNews.az xəbər verir ki, bunu “Oracle Advisory Group” təşkilatının nümayəndəsi George Brinbaum deyib.

O qeyd edib ki, seçki günü 60 min nəfərdən müsahibə alınacaq: “3 saatdan bir sorğular hazırlanacaq. Gün ərzində seçki məntəqələrindən məlumatlar toplayacağıq. Seçki məntəqələri bağlandıqdan 1 saat sonra nəticələri elan edəcəyik.

Bu ilk seçki idi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra Azərbaycan xalqı özünü necə ifadə edəcəyini görəcəyik”.

Rəfiqə NAMAZƏLİYEVA