• EKONEWS
  • 22 Yanvar 2024 11:36
  •  6 173

Vlada Galan: "Azərbaycandakı seçkilərlə bağlı fəaliyyətimiz bizim təcrübəmizdə 25-ci olacaq”

"Bizim komandamız dünyanın bütün ölkələrində belə proseslərdə iştirak edir. Azərbaycandakı seçkilərlə bağlı fəaliyyətimiz bizim təcrübəmizdə 25-ci olacaq”.

AzNews.az xəbər verir ki, bunu “Oracle Advisory Goup”un tərəfdaşı Vlada Galan deyib.

O, Azərbaycanda indiyə qədər 4 seçki prosesini izlədiklərini, növbəti Prezident seçkilərinin 5-ci olacağını bildirib.

Qeyd edək ki, ABŞ-nin “ORACLE ADVİSORY GROUP” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasından (MSK) akkreditasiyadan keçmək üçün müraciət edib.

Rəfiqə NAMAZƏLİYEVA