- EKONEWS
- 29 Yanvar 2024 10:34
- 5 325
Məzahir Pənahov: "Erməniəsilli şəxslər də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər"
Erməniəsilli şəxslər də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər.
Bunu MSK sədri Məzahir Pənahov deyib.
MSK sədrinin sözlərinə görə, bizim üçün seçici var. Onları fərqləndirmirik. Qadınlar da, kişilər də, xaricdə yaşayanlar da, ölkədəki vətəndaşlar da eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir. Onların heç birinin üstünlüyü yoxdur.