• EKONEWS
  • 1 Fevral 2024 10:35
  •  5 170

Qazaxıstan mətbuatında Azərbaycanda keçiriləcək prezident seçkiləri barədə məqalə dərc edilib

Qazaxıstanın “İnbusiness.kz” saytında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri barədə məqalə yayımlanıb.

Secki-2024.az saytı bildirir ki, məqalədə prezident seçkilərinin nəticələrinin Azərbaycanla Qazaxıstan arasındakı iqtisadi-ticari əlaqələrə təsiri barədə proqnozlara yer verilib. Bildirilib ki, Qazaxıstanla Azərbaycan arasında təkcə möhkəm dostluq münasibətləri deyil, həm də nəhəng ticari-iqtisadi əlaqələr mövcuddur.

“Biz ticarətin əhəmiyyətli dərəcədə artırılmasından danışırıq. Beş il ərazində on, iyirmi dəfə çoxalan artımlardan bəhs edirik. Bunlar çox böyük rəqəmlərdir”, - deyə jurnalist Kuat Dombay fikrini bildirib.

“Ekspertlər yekdilliklə Azərbaycanda keçiriləcək prezident seçkilərinin Qazaxıstanla münasibətlərin maksimum stimullaşdırılmasına, həmçinin “Transxəzər” nəqliyyat dəhlizinin inkişafını sürətləndirməyə və Türk Birliyinə (Türk Dövlətləri Təşkilatı nəzərdə tutulur – red.) dinamika əlavə etməyə imkan verəcək”, - deyə yazıda vurğulanıb.

Məqalədə qeyd olunur ki, Azərbaycanla Qazaxıstan arasında ötən il ticarət dövriyyəsinin həcmi 417 milyon manat olub. Qazaxıstanlı analitiklərin fikrincə, bu rəqəm artacaq.

image description