• EKONEWS
  • 2 Fevral 2024 18:06
  •  7 327

Aydın Hüseynov: “Yeni dövrdə iqtisadi inkişafın davam etdirilməsi üçün prezident seçkiləri önəmlidir”

“Qarşıdan gələn prezident seçkiləri Azərbaycan tarixində çox əlamətdar hadisədir. Ölkəmizin ərazi bütövlüyü təmin edildikdən sonra bu, ilk prezident seçkilərdir. Yeni dövrdə iqtisadi inkişafın davam etdirilməsi üçün prezident seçkilərinin önəmi olduqca böyükdür”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə modeli tətbiq olunmaqdadır. “Düşünürəm ki, sosial-iqtisadi müstəvidə son illər ərzində köklü müsbət dəyişikliklər əldə edilib. İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi infrastrukturun formalaşdırılması ilə bağlı iri layihələr mövcuddur. Həmin layihələrin reallaşdırılması ilə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin bir qədər də artmasına nail olmalıyıq”, - deyən deputatın sözlərinə görə investisiyalar kəskin şəkildə artmalı və investisiyaların səmərəliliyi xeyli dərəcədə gücləndirilməlidir. Bu isə öz növbəsində ölkənin sosial-iqtisadi mühitinə müsbət təsir göstərəcək, yeni iş yerlərinin açılmasına təkan verəcək və iqtisadi artım göstəriciləri daha da yüksələcək.

Deputat Aydın Hüseynov bütün bunların həyata keçirilməsi üçün prezident seçkilərinin keçirilməsinin önəmli olduğunu xüsusi vurğulayıb.