• EKONEWS
  • 7 Fevral 2024 09:08
  •  4 711

Azərbaycanın Türkiyədəki Səfirliyində səsvermə başlayıb

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri çərçivəsində Türkiyə ərazisində səsvermə prosesi başlayıb.

Aznews.az xəbər verir ki, bu məqsədlə Ankara şəhərində yerləşən Səfirlikdə 46 və 47, İstanbuldakı Baş konsulluqda 53 və 54, Qarsdakı Baş konsulluqda 55 saylı seçki məntəqələri yaradılıb.

Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə, seçki günü Türkiyə Respublikasında olacaq olan 18 yaşı tamam olmuş, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Türkiyə vaxtı ilə saat 08:00-19:00 aralığında Azərbaycan Respublikasının ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə yuxarıda qeyd edilən seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirirlər.