- EKONEWS
- 7 Fevral 2024 11:01
- 5 649
Azərbaycan seçicisi Şuşada, Xankəndidə qapılara dayandı - Əziz Əlibəyli
"Yarım saat ərzində minlərlə insan seçki məntəqələrinə axışır. Mənim üçün bu, xalqın öz müqəddəratını təyin etmək yolunda, həmin hüququndan istifadə etmək yolunda ən mühüm tarixi addımdır".
AzNews.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli feysbuk səhifəsində yazıb.
"Xalq möhtəşəmdir, xalq qədirbiləndir və xalq hazırda bütün Azərbaycan boyunca səsinə sahib çıxmaqla yeni xəritəsini cızır. Qadınlar isə həqiqətən başqa bir dünyadır, görünməmiş səviyyədə xanımların fəallığı müşahidə edilir. Azərbaycan seçicisi Şuşada, Xankəndidə qapılara dayandı", - deyə o əlavə edib.