- EKONEWS
- 7 Fevral 2024 11:25
- 4 740
Vahid Əziz: Səhər efirdə görəndə ki, Xankəndində, Şuşada səsvermə başlayıb gözlərim doldu
60 ilə yaxındır ki, seçkilərdə iştirak edirəm. Həyatımda ilk dəfədir ki, seçki məntəqəsində belə növbə görürəm. Bu o deməkdir ki, seçkilər xalq tərəfindən böyük coşqu ilə qarşılanır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xalq şairi Vahid Əziz deyib.
“İlk dəfədir 30 ildən sonra bütöv Azərbaycan səs verir. Səhər efirdə görəndə ki, Xankəndində, Şuşada səsvermə başlayıb gözlərim doldu. Hər bir Azərbaycanlı üçün bundan böyük xoşbəxtlik yoxdur”, - deyə o əlavə edib.
Xalq şairinin sözlərinə görə, yeddi fevral növbədənkənar prezident seçkiləri Azərbaycan tarixində milli bayram kimi qeyd olunmalıdır.