"Futbolçularımdan razı qaldım". "Futbolçularımdan razı qaldım".
  • Fanat
  • 25 Noyabr 2018 21:12
  •  1 298

"Səbail"in baş məşqçisi: "Hakimlər diqqətli olmalıdırlar"

"Futbolçularımdan razı qaldım".

"İlk hissədə daha sürətli oyun getdi. Hər iki komanda daha fəal idi. Ən azı 4-5 qol epizodu yaratmağı bacardıq. Amma ilk dövrədəki kimi fərdi səhvlərdən qol buraxdıq. İkinci hissədə daha fərqli başlamaq istəyirdik. Amma qapımızda penalti gördük. Həm hakimlər, həm də futbolçularımız səhvlərdən nəticə çıxarmalıdır".

Bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Hakim idarəçiliyi və futbolçu səhvlərindən danışdınız. Belə çıxmırmı ki, onlardan narazı qalmısınız?

- Futbolçularımdan razı qaldım. Qol epizodlarımızda rəqib qapıçı yaxşı çıxış etdi. Hakimlərin qərarları barədə isti-isti qərar vermək istəmirəm. Amma düşünürəm ki, hakimlər tələsik qərar verdilər.

- Futbolçularınız hakimlərlə oyundan sonra mübahisə etdilər. Onlar penalti epizodunda yan xətt hakiminin çağırışlarına baş hakim Rauf Cabbarovun məhəl qoymadığını bildirirdilər?

- Yan xətt hakimi 3 dəfə baş hakimi çağırsa da, yaxınlaşmadı. Diqqətli olmaq lazımdır. Futbolçular meydanda əziyyət çəkirlər. Növbəti oyuna itkilərlə çıxacağıq. Amma nə etmək olar? Həm hakim, həm də futbolçu səhvləri qaçılmazdır. Hakimlər haqda isti-isti danışmaq istəmirəm.

- Niyə müdafiəçiləriniz bərbad çıxış etdilər?

- İlk yarıda elə bir səhvimiz olmadı. Sadəcə, ani diqqətsizlikdən qol buraxdıq. İkinci hissənin əvvəlində buraxdığımız qol motivasiyaya təsir etdi.

- Zədəlilərinizin son durumu necədir?

- Hər oyuna itkilərlə çıxış edirik. Təbiidən süniyə, sünidən təbii ot örtüyünə keçmək çətindir. Ağabala Ramazanov sağalmışdı. Məşqə başlayan kimi yenidən zədələndi. Vüqar Bəybalayev və Edqar Paçeko da eyni səbəbdən oynaya bilmir. Bu gün isə qırmızı vərəqə alan Tome Kitanovski bura əlavə olundu. (report)

AzNews.az