"Səhhətimlə bağlı söz-söhbətlər yaratmağa cəhd edən insanlar var". "Səhhətimlə bağlı söz-söhbətlər yaratmağa cəhd edən insanlar var".
  • Fanat
  • 5 Yanvar 2019 13:07
  •  1 500

Maradona səhhəti ilə bağlı açıqlama yaydı - "İdeal vəziyyətdəyəm"

"Səhhətimlə bağlı söz-söhbətlər yaratmağa cəhd edən insanlar var".

"Xəstəxanaya 59 yaşımda düşmüşdüm, 50 yaşımda tərk edirəm".

Bunu Argentinanın paytaxtı Buenos-Ayresdəki xəstəxanadan evinə buraxılan Meksikanın "Dorados" komandasının baş məşqçisi Dieqo Maradona "Telam"a açıqlamasında deyib.

Əfsanəvi futbolçu qorxulu hadisənin baş vermədiyini bildirib. Təcrübəli mütəxəssis hazırda səhhətinin ideal vəziyyətdə olduğunu söyləyib: "Səhhətimlə bağlı söz-söhbətlər yaratmağa cəhd edən insanlar var. Onlar hər zaman olublar. İndi mən "Dorados"a qayıdıram".

Qeyd edək ki, Dieqo Maradona ötən gün mədəsində qanaxma diaqnozu ilə Buenos-Ayres xəstəxanasına çatdırılıb.

Daha əvvəl Maradonanın "Dorados"un düşərgəsinə qatılmadığına dair xəbərlər yayılıb. (Report)