• Fanat
  • 21 Yanvar 2019 16:47
  •  390

Ronaldo Marselonu "Yuventus"a gətirmək istəyir

Baş məşqçi Santyaqo Solari artıq çəkisinə görə onu meydana buraxmır.

İspaniyanın "Real Madrid" futbol klubunun müdafiəçisi Marselo Turin komandasına transfer ola bilər.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, kral klubunun baş məşqçisi Santyaqo Solari futbolçunu artıq çəkisinə görə əsas heyətə salmaqdan imtina edib.

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo keçmiş komanda yoldaşına klubu tərk edərək, İtaliyaya gəlməyi təklif edib.

Əgər ehtiyat oyunçular skamyasında oturmağa davam etsə, Marselo Kriştianonun təklifini dəyərləndirə bilər.

Qeyd edək ki, braziliyalı futbolçunun "Real Madrid" klubu ilə müqaviləsi 2022-ci ilə qədərdir.

Fəridə Abdulla

AzNews.az