İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin yeni klubu müəyyənləşib. İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin yeni klubu müəyyənləşib.
  • Fanat
  • 23 Yanvar 2019 13:49
  •  1 726

Məşhur futbolçu I Divizion klubunda oynayacaq

İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin yeni klubu müəyyənləşib.

35 yaşlı yarımmüdafiəçi karyerasını vətənində I Divizion təmsilçisi “Estremadura”da davam etdirəcək. O, yeni klubu ilə 6 aylıq müqavilə bağlayıb.

Hazırda düşmə zonasında olan “Estremadura” 21 xalla 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Reyesin son iş yeri Çinin “Sintszyan Tyançan Leopard” klubu olub. O, İspaniyanın “Real Madrid”, “Atletiko”, “Sevilya”, “Espanyol”, “Kordoba”, eləcə də İngiltərənin “Arsenal” və Portuqaliyanın “Portu” komandalarının formasını geyinib.(report.az)

© AzNews.az