• Fanat
  • 23 Yanvar 2019 18:41
  •  366

"Neftçi" Antalyadakı yoxlama matçında Çexiya klubuna uduzdu

Bu, "Neftçi"nin ikinci yoxlama oyunu olub.

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" komandası bu gün növbəti yoxlama matçına çıxıb.

Rəqib Çexiya "Slovan"ı olub. Side qəsəbəsindəki "Arslan Zeki Demirci" İdman Kompleksində keçirilmiş görüş Liberets təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 21-ci dəqiqədə Baqali Dabonun ötürməsindən sonra Mirabdulla Abbasov açıb. Lakin 36-cı dəqiqədə Matey Hibş, 46-cı dəqiqədə isə Yan Mikula "Neftçi" müdafiəçilərinin səhvlərindən yararlanıblar.

Qeyd edək ki, bu, "Neftçi"nin ikinci yoxlama oyunu olub. Flaqman ilk görüşündə Rumıniya "Qaz-Metan"ına böyük hesabla qalib gəlib - 3:0. Hazırda "Slovan" Çexiya çempionatında 19 oyundan 25 xalla 7-ci pillədə qərarlaşıb.

AzNews.az