Arzularım bundan daha böyükdür. Arzularım bundan daha böyükdür.
  • Fanat
  • 29 Yanvar 2019 08:50
  •  2 369

Qazandığım pulları anamın səfər xərclərinə sərf edəcəm - Məhəmməd Muradlıdan maraqlı müsahibə

Arzularım bundan daha böyükdür.

Yanvarın 24-də başa çatan şahmat üzrə Azərbaycan Çempionatının 15 yaşlı qalibi Məhəmməd Muradlı Chess.az saytına geniş müsahibə verib.

Qeyd edək ki, Nəsimi Şahmat Məktəbinin yetirməsi olan Məhəmməd, mart ayında Makedoniyada keçiriləcək Avropa çempionatında ölkəmizi təmsil etmək hüququnu da qazanıb.

İsmayılın son turda xal itirəcəyini gözləyirdim

–Cəmi 15 yaşın var. Ölkə çempionatı da çox gərgin keçdi. Bütün bunlara baxmayaraq sən son turda böyüklər arasında Azərbaycan Çempionu adının qazana bildin. Özünü çempion kimi necə hiss edirsən?

– Turnir boyu özümü biraz gərgin hiss edirdim . İsmayıl Şahəliyeva məğlub olduqdan sonra isə ,ümumiyyətlə çempionluğun artıq əldən getdiyini düşünürdüm. Amma ardıcıl 3 qələbədən sonra özümü biraz rahat hiss etdim. İndi özümü xoşbəxt hiss edirəm ki, 15 yaşımın olmasına baxmayaraq ölkə çempionu oldum.

– Çempionatın sonluğu çox dramatik keçdi. Son tura qədər turnir cədvəlinə İsmayıl Şahəliyev başçılıq edirdi. Hansı anda çempion ola biləcəyini hiss etdin?

–8-ci turda Zeynalov Fəridə üzərində qələbə qazandıqdan sonra, hiss etdim ki çempion ola bilərəm. İsmayılın son turda xal itirəcəyini gözləyirdim. Belə də oldu.

– Bu sənin böyüklər arası yarışlarda ilk ciddi uğurundu. Amma bildiyimiz kimi müxtəlif yaş qruplarında və məktəblilər arasında kifayət qədər ciddi uğurların var.

– 11 yaşımda mən məktəblilər arasında Avropa çempionu ,12 yaşımda isə Dünya Çempionu oldum. Bundan əlavə 11 yaşım olanda, Rusiyada keçirilən "Mosva Open" turnirində öz yaş kateqoriyamda birinci yer tutmuşdum.

– Şahmatla neçə yaşından məşqul olmağa başlamısan və ilk müəllimin kim olub?

– Şahmatla 5 yaşımda məşqul olmağa başladım. İlk müəllimim Solmaz xanım olub. Hal hazırda isə Rəsul İbrahimovla məşqul oluram

– Çoxlu kitablar oxumaq yoxsa muasir kompyüter proqramları? Hansını daha effektli hesab hesab edirsən?

– Məncə 2700 reytinqa qədər daha çox kitab oxumaq lazımdır. Mövqe cəhətdən olan vəziyətləri daha yaxşı hiss etmək baxımından kitab daha əlverişlidir. Məsələn eks-dünya çempion Vladimir Kramnik, o mövqeləri çox güclü hiss edir, güclü hissiyatı və intuisiyası var. Kompyüter proqramlarına gəlincə,məncə onlar daha çox 2600-2650 reytinq qazandıqdan sonra işə yarayır.

– Qazandığın uğur sayəsində sən bir anda ölkədə şahmatla məşqul olan uşaqların kumirinə çevrilmisən. Onlara məsləhətin nədir?

- Şahmatla məşqul olduqları vaxtlarını 80%-ni kitablara həsr etsələr yaxşıdır. Məsələlər həll etsinlər,taktika kitabları və təbii ki, bədii kitablar da oxumaq vacibdir.Kitab oxumaq beyni təmiz saxlayır.

Məsuliyətli olmalıdırlar və şahmatla məşqul olarkən özlərini aldatmamlıdırlar. Müəllim verən tapşırıqların cavabına baxaraq yazan çox uşaq görmüşəm. Onlar elə bilirlər müəllimi aldadırlar, amma xeyir, bu onların özlərinə ziyandır. Buna görə də belə uşaqlar irəli gedə bilmirlər. Amma özlərinə daha çox vaxt sərf etsələr, kitab oxusalar təbi ki, inkişaf da olacaq.

Qazandığım pulları anamın səfər xərclərinə sərf edəcəm

– Bəs məktəbdə Maraqlıdır, Məhəmməd necə bir şagirddir?

-Artıq biraz zəif. 8-ci sinifə qədər çox yaxşı oxumuşam, ondan sonra reytinqim 2300-ü keçəndən sonra yarışlar da çoxaldı və başladım zəifləməyə. Amma 9-cu sinifin buraxılış imtahanlarına görə şahmatı qoydum bir kənara və dərslərimlə ciddi şəkildə məşqul oldum Hazırlıqlara gedirdim və 9-cu sinifdə imtahanlardan uğurla çıxdım. Amma 10-cu sinifdə hələ ki elə də güclü oxuya bilmirəm.

– Ölkə çempionluğu sənə müəyyən miqdarda pul da qazandırdı. Hər halda 15 yaşlı bir gənc üçün az sayılmayacaq qədər. Sirr deyilsə nə qədər qazandın və qazandığın pulu hara xərcləyəcəksən?

– 1 350 manat qazanmışam. Mart ayında Makedoniyada keçiriləcək Avropa Çempionatına özümlə birlikdə anamın da getməyini istəyirəm. Buna görə də qazandığım pulu anamın səfər xərclərinə istifadə edəcəm.

– Sənin şahmatda kumirin kimdir .Oyun stilinin hansı şahmatçının stilinə bənzəyir?

– Uşaqlıqdan indiyə qədər həmişə kumirim Şəhriyar Məmmədyarov olub. Onun dəlisov oyun stili çox maraqlı gəlir mənə. Onun hər gedişində hesablama olur və rəqibi də hesablamağa məcbur edir. Şəhriyarın heç-heçəyə razılaşmamaq xüsusiyəti də çox xoşuma gəlir. Onda ya udmaq ya uduzmaq var.

Mən özüm də heç-heçə oynamaq sevmədimidən və uşaqlıqdan Məmmədyarovun oyunlarına çox baxdığımdan hesab edirəm ki, onun stilinə daha yaxınam.

– Onunla oynamısan?

– 2 dəfə Şəhriyarla seansda iştirak etmişəm.

– Onunla yarışların birində qarşılaşsan səncə oyun necə nəticələnər?

- Heç-heçə edə bilərəm bəlkə də, amma çox güman ki, oyun Şəhriyarın qələbəsi ilə nəticələnəcək.

- Dünya Çempionu adı uğrunda keçirilən final matçında kimə azərkeşlik edirdin? Karlsen yoxsa Karuanaya?

– Karlsena. Amma Karuana matça daha gücül hazırlaşmışdı. Karuana asan həzm ediləcək rəqib deyil, çünki onun debüt hazırlığı yüksək səviyyədə idi. Karlsen da Rossolimo debütündə çox güclü oldu. Və qaralarla heç bir oyunda məğlub olmadı,həttə bəzi oyunlarda üstün də olmuşdu.

- Bəs Dünya Çempionu adı uğrunda daha maraqlı final hansı olardı səncə?

-Mənə elə gəlir ki, Məmmədyarov - Karlsen matçı olsaydı bu çox maraql final olardı. Və orada ən azından 4 qələbə olardı .

- Dünya Çempionatının indiki formatı darıxdırıcı deyil ki?

-Darıxdırıcı olsa da məncə matçda oyunların sayı daha da artırılmalıdır. Çünki dünya Çempionun adı Rapid partiyaların həll etməsi biraz düzgün deyil . Məncə 16 ,hətta 24 oyuna qədər uzadılmalıdır final matçı. Düzdür 24 oyun çoxdur ,istirahət günlərini də saysaq iki aya yaxın vaxt edir,amma ən azı 16 matç olsa yaxşıdır fikirimcə.

– Başqa idman növlərinə marağın var?

–Bəli,var. daha çox güləş mənə maraqlıdır gəlir. Hətta bir ara fiziki hazırlıq üçün güləşlə məşqul olmuşam.

–Bəyəndiyin güləşçi kimdir?

–Hacı Əliyev.

–Yəqin ki şahmat üzrə Azərbaycan çempionu olmaq uşaqlıq arzun idi?

-Arzularım bundan daha böyükdür. Mənə elə gəlir ki,12 yaşlılar arasında Dünya Çempionu olmaq bu yarışdan daha çətin və maraqlı idi mənim üçün. Oradakı mübarizə və stress burdakından daha böyük idi.

Sən hazırda ölkənin ən çox perspektiv vəd edən şahmatçılardan biri hesab olunursan. Mart ayında Makedoniyaya keçiriləcək şəxsi Avropa Çempionatında sındın uöur gözləmək olar?

-Hazırlıqdan asılıdır. Təbii ki, əsas məsələ yarışda taxta arxaslnda gücünü ortaya qoymaqdır. Yarışdan əvvəl debüt repertuarımı təzələmək və şahmat biliklərimi biraz da artırmaq haqqında düşünürəm. Hər şey yarışa necə hazırv olduğumnan asılıdır.