• Fanat
  • 31 Yanvar 2019 14:35
  •  693

Şahmat Federasiyasından dövlət dilinə hörmətsizlik - Fotofakt

"Şaxmatçıların şəkilləri".

Bu gün bir məsələ ilə bağlı Şahmat federasiyasının saytında daxil olub məlumat axtarırdım. Sayta girəndə ilk diqqətimi çəkən saytın çox köhnə dizaynı oldu. Təbii ki, tək problem bu deyil. Saytda o qədər yanlış şeylər var ki, hansından başlayacağıma qərar verə bilmirəm.

Başlayaq dildən. Saytdaki məlumatların, xəbərlərin demək olar böyük əksəriyyəti Azərbaycan dilində yox, rus dilində idi. Bəli, qəbul edirəm ki, çox dil bilmək vacibdir. Bu hardasa mənim qüsurumdur ki, mən rus dilini bilmirəm. Bəs mən Azərbaycanda yaşayıb Azərbaycanın Şahmat federasiyanın saytında niyə öz dilimdə məlumat tapa bilmirəm?

Keçək Azərbaycan dilində olan yazılara. Saytda "Şaxmatçıların şəkilləri" adlı bölmə var. Bəli, şaxmatçılar.

Azərbaycanda bütün idman növlərinin həmçinin şahmatın inkişafı üçün böyük maliyyələr xərclənir. Bəs nəyə görə daha da inkişaf etdirmək istənən bir sahənin saytı bu vəziyyətdə olsun?

Bununla bağlı saytdaki "Əlaqə" bölməsinə girdik. Şahmat federasiyasının nömrəsi kimi qeyd olunan (012)493-38-41 nömrəyə zəng etdikdə belə bir nömrənin mövcud olmadığı deyilir. Şahmat Federasiyanın prezidenti Elman Rüstəmovun olduğu yazılan (012)498-72-12 nömrəsinə zəng etdikdə yenə eyni sözləri eşitdik.

Elman Rüstəmovun digər nömrəsi kimi qeyd olunan (012)493-12-52 nömrəsinə zəng etdikdə isə Azərbaycan Respublikasının Mərkəzi bankının operatoru cavab verdi.

Bu qədər maliyyə ayrılan bir sahənin saytını dizayn etmək, normal xəbərlər yerləşdirmək üçün bir mütəxəssis tapmaq bu qədərmi çətindir? Nəyə görə Azərbaycan dilinə hörmət olunmur? Bu sualların cavabını alacağımız bir kimsə tapa bilmədiyimiz üçün, sualları özümüzə verib susuruq.

Nigar Cəfər

AzNews.az

image description image description image description