Antonio Valensiya 2009-cu ildən "Mançester Yunayted"də çıxış edir. Antonio Valensiya 2009-cu ildən "Mançester Yunayted"də çıxış edir.
  • Fanat
  • 1 Mart 2019 16:28
  •  2 654

“Mançester Yunayted” on illik futbolçusunu göndərir

Antonio Valensiya 2009-cu ildən "Mançester Yunayted"də çıxış edir.

İngiltərənin "Mançester Yunayted" klubunun fubolçusu Antonio Valensiya mövsümün sonunda komandadan ayrılacaq.

"Mirror" xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ule Qunnar Sulşer Premyer Liqanın 29-cu turunda qarşılaşacaqları "Sautgempton"la matçdan öncə təşkil olunan mətbuat konfransında məlumat verib.

O, 34 yaşlı oyunçunun zədəsini tam bərpa etmədiyini, lakin klubda və İngiltərədə möhtəşəm karyeraya imza atdığını vurğulayıb: "Klubun və Valensiyanın növbəti mövsüm üçün müqavilə barədə razılığa gələcəklərinə əmin deyiləm".

Qeyd edək ki, Antonio Valensiya 2009-cu ildən "Mançester Yunayted"də çıxış edir. Müqavilədə yer alan bəndə əsasən, klub onunla sözləşməni martın 1-dək yeniləyə bilərdi.(report.az)

AzNews.az